Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

20 Sentyabr

2017
12:32
Bakıda metrosunda `wi-fi` olacaqmı?

Bakı metrosunun qatarlarında "wi-fi" şəbəkəsinin yaradılması təklif edilir. "FaktXəbər" report-a istinadən xəbər verir ki, bunu "Caspian European Club"un Bakıda təşkil etdiyi nəqliyyat biznes-forumu çərçivəsində "Azərtelekom" MMC-nin biznesin inkişafı üzrə direktoru Səbinə Məmmədli bildirib.

S.Məmmədlinin sözlərinə görə, şirkət bu layihə ilə bağlı Dövlət Radiotezlikləri İdarəsinə (DRTİ) müraciət edib: "Lakin problem ondan ibarətdir ki, Tarif Şurası 2002-ci ildən yeni texnologiyalar, habelə simsiz rabitə barədə tariflərində heç bir dəyişikliklər etməyib. Bu sahə ilə bağlı məlumat yoxdur. Bu layihəni də köhnə tariflərlə hesabladıqda o, uğurlu nəticə vermir". 

"Məsələ ilə bağlı DRTİ ilə müzakirələr də aparmışıq. Hazırda "Azertelekom" şirkəti Tarif Şurasının tariflərində hər hansı bir dəyişikliklər edib-etməyəcəyi ilə maraqlanır", - deyə S.Məmmədli qeyd edib.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : metro 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-11-2018 22:58



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com