Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

15 Sentyabr

2017
13:50
4047
Sankt-Peterburqda güllələnərək öldürülən azərbaycanlının kimliyi məlum olub

Bir neçə gün əvvəl Rusiyanın Sankt-Peterburq şəhərində güllələnərək öldürülən azərbaycanlının kimliyi məlum olub.

Qətlə yetirilən şəxs, Zaqatala rayonunun Çobankol kənd sakini Elman Rahid oğlu Məmmədovdur.  

Kənd sakinləri bildirib ki, E. Məmmədov Rusiyada bizneslə məşğul olub. O, azyaşlı övladını müalicə etdirmək üçün Krasnoyarskdan Sankt-Peterburq şəhərinə gedib. Sankt-Peterburq şəhərində həmkəndlilərinin evində qonaq qalan Elman Məmmədov siqaret çəkmək üçün binadan həyətə düşüb. O, binanın həyətində naməlum şəxs tərəfindən güllələnərək qətlə yetirilib.

Mərhumun meyiti sabah doğulduğu Çobankol kəndinə gətirilərək dəfn ediləcək.

Polis əməkdaşları "isti izlər"lə qətli törətməkdə şübhəli bilinin 47 yaşlı işsiz kişini saxlayıblar.

Ondan "Sayqa" markalı silah götürülüb. Silah polisdə qeydiyyatda olub.

Faktla bağlı Rusiya Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb./APA

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : güllələnmə 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-02-2019 01:32



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com