Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

15 Sentyabr

2017
09:24
1497
Oğurladıqları tutuquşu cinayətkarları ələ verdi - FOTO

Türkiyənin Antalya şəhərinin Alanya rayonunda 3 nəfər oğurladıqları tutuquşunu qonşularına hədiyyə ediblər. Qonşuları isə tutuquşunun çıxışının görüntülərini sosial şəbəkə paylaşıb və bundan sonra hər şey dəyişib. 

FaktXəbər-in "Anadolu" agentliyinə istinadən məlumatına görə, rayon Polis İdarəsinin əməkdaşları Küçükhasbahçe məhəlləsində yerləşən avtomobil mağazasından 07 UN 213 dövlət qeydiyyat nömrəli avtomobil və jako cinsi tutuquşunun oğurlandığı donosundan sonra əməliyyata başlayıblar. Mağazanın təhlükəsizlik kamerası qeydlərini araşdıran polis oğurlandığı bildirilən tutuquşunun sosial şəbəkədəki videolarının yayıldığı məlumatını da alır.

Sosial şəbəkədəki profili nəzarətə götürən polis oğurluqda şübhəli bilinən şəxslərin tutuquşunu qonşularına hədiyyə etdiklərini öyrənir. Əməliyyat keçirilərək Əhməd C., Burak G. və Məmməd K. adlı şəxslər saxlanılıblar. 

Şübhəlilərin rayondakı 10 iş yerindən 20 min lirə dəyərində televizor, notbuk və kompüter, çoxlu sayda kosmetika məhsulları oğurladığını müəyyən edən polis əməkdaşları, avtomobil mağazasından oğurlanan avtomobili Manavqat rayonunda atılmış vəziyyətdə tapıblar. 

Avtomobil mağazasının sahibi Erdem Şıxəli oğurlanmış tutuquşuya 5 ildir baxdığını söyləyib: "Quşun danışıq videolarını sosial şəbəkədə gördükdən sonra polisə məlumat verdik. Onun adı "Yaqub"dur və öz adını bizim ona öyrətdiyimiz şəkildə tələffüz edirdi. Məhz bundan sonra cinayətkarlar ələ keçdi."

Məqalədə : tutuquşu 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-12-2017 17:54

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru