Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

15 Sentyabr

2017
08:42
826
Xızıda hələ də partlamamış silah-sursat axtarılır - FOTO

Xızı rayonu ərazisində yerləşən Müdafiə Nazirliyin N saylı hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA), Fövqəladə Hallar Nazirliyinin və Daxili İşlər Nazirliyinın birgə keçirdiyi təmizləmə əməliyyatları barədə məlumat yayılıb.

ANAMA-dan FaktXəbər-ə bildirilib ki, sentyabrın 14-də yerli sakinlər tərəfindən daxil olmuş zənglərə əsasən Giləzi qəsəbəsi və Sitalçay kəndi ərazisində 4 əkin sahəsinə, partlayış baş vermiş hərbi hissənin ətrafına baxış keçirilib, 128 ədəd partlamamış hərbi sursat (PHS),  52 ədəd partlamış-yanmış mərmi qalıqları və 712 kq yandırma aşkar edilərək götürülüb, nəticə etibarilə 3 455 785 kv.m (345.58 ha) ərazi yoxlanılıb.

Ümumiyyətlə, 19 gün ərzində  5 365 ədəd partlamamış hərbi sursat (PHS), 3 189 ədəd partlamış-yanmış sursat qalıqları və 5 408 kq yandırma aşkar edilərək götürülüb,  nəticə etibarilə 35 757 738 kv.m (3 575.77 ha) ərazi yoxlanılıb.

Bununla yanaşı, Xızı rayonun Giləzi qəsəbəsi, Sitalçay və Şurabad kəndləri ərazisində  5 983 nəfər yerli sakin arasında mina təhlukəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb. 

Məqalədə : ANAMA 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru