Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

12 Sentyabr

2017
21:06
768
AzTV-də kadr dəyişiklikləri - Telekanalda nə baş verir?

Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini Elsevər Dünyamalıyevlə sədr Arif Alışanov arasında münasibətlərin pozulması barədə  BakuPost.az məlumat əldə edib.

Məlumata görə, AzTV-nin "boz kardinalı” kimi məşhurlaşan E. Dünyamalıyevlə Arif Alışanov arasında "soyuq müharibə” başlayıb. İddia olunur ki, buna səbəb Alışanovun müavininin onun yerinə göz dikməsi və televiziyada, həmçinin aidiyyəti orqanlarda buna dair əlaltından işlər aparmasıdır. Bildirilir ki, onun gizli işlərindən xəbər tutan Arif Alışanov dərhal hərəkətə keçib və birdən-birə yüksək etimad göstərdiyi Dünyamalıyevin səlahiyyətlərini azaldıb.

Digər məlumatlara görə, AzTV-də kütləvi işdən çıxarılanlar var. Tanınmış şair-publisist Bəxtiyar Qaracanın da Mədəniyyət kanalının direktor müavini vəzifəsindən azad edildiyi deyilir.

Modern.az mətbuatda yazılanlarla bağlı AzTV-nin mətbuat katibi Xatirə Qasımla əlaqə saxlayıb. O, yazılanlara belə reaksiya verib:

“AzTv-nin sədr müavini Elsevər Dünyamalıyevlə bağlı deyilənlər və yazılanlar dezinformasiyadır. Biz dezinformasiyaları şərh etmirik”.

Məqalədə : AZTv 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru