Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

11 Sentyabr

2017
14:32
1702
BMT: Myanmada rohingya müsəlmanlarına qarşı zorakılıq etnik təmizləmədir

Myanmada  Rakhayn ştatında  rohingya müsəlmanlarına qarşı zorakılıq etnik təmizləmədir. FaktXeber.com-un verdiyi məlumata görə, bu barədə bazar ertəsi günü  Cenevrədə BMT-nin İnsan Haqları üzrə Ali Komissarı  Zeyd Raad əl-Hüseyn BMT-nin İnsan Haqları üzrə Şurasının 36-cı sessiyasında bəyan edib.

«Myanma  insan haqları üzrə müfəttişləri ölkəyə buraxmaqdan imtina etdiyi üçün, cari vəziyyəti tam qiymətləndirmək mümkün deyil. Lakin bu vəziyyət dərsliklərdə myəyyən edildiyi kimi etnik təmizlənmənin nümunəsidir», - deyə, o bəyan edib.

BMT-nin Ali Komissarı xatırladıb ki, hələ ötən il rohingya müsəlmanlarına qarşı genişmiqyaslı hücumlar hüquq məhkəməsi ilə təyin olunsa insanlığa qarşı cinayət sayıla bilər.

Əl-Hüseyni həmçinin Myanma hökumətinə çağırış edib ki, Rakhayn  ştatında baş verənləri  “özləri öz evlərini yandırıblar” kimi təqdim etməsinlər. O, hökuməti  qəddar  hərbi əməliyyatları  dayandırmağa, təqsirliləri  cəzalandırmata və BMT-nin İnsan Haqları üzrə Ali nümayəndələrini  ölkəyə buraxmağa çağırıb.

Qeyd edək ki, BMT-nin İnsan Haqları üzrə Şurasınıne 36-cı sessiyasında bu gün Ukrayna, suriya, Yəmən, Myanma, Burundidə, Konqo Demokratik Respublikası və onlarla ölkələrdəki vəziyyətə baxılacaq. Həmçinin  miqrantların, uşaqların, əlillərin, etnik xalqların hüquqlarını müdafiə edən mövzulara baxılacaq.

Məqalədə : rohingya BMT 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-05-2018 15:01

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com



Рейтинг@Mail.ru

DMCA.com Protection Status