Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

11 Sentyabr

2017
13:42
1918
9/11 və ya `terrorizmlə mübarizə` bəhanəsi
Mərkəzi Kəşfiyyat İdarəsinin hazırlayıb həyata keçirdiyi terror 100 minlərlə insanın qanını axıtdı

Gəlin bir az keçmişə qayıdaq. Hər şey 16 il əvvəl, 11 Sentyabr 2001-ci ilin səhəri Nyu-Yorkda yerləşən Dünya Ticarət Mərkəzinə aid əkiz binalara bir təyyarənin dəyməsi şousu ilə başladı. Tarixdə qısaca 11 Sentyabr, ya da 9/11 olaraq qalan bu qaranlıq hadisə, özündən sonra dünyaya siyasi, hərbi və iqtisadi hadisələr zənciri və imperialist qüvvələr tərəfindən Orta şərqə qan, gözyaşı və işğal gətirdi.

ABŞ-da 11 sentyabr 2001-ci ildə törədilən və 3 minə yaxın insanın ölümünə səbəb olan terror aktı əsnasında hava limanındakı nəzarətçilərin, təyyarələrdəki terrorçuların, çarəsiz qalan ekipajın və bəzi rəsmilərin arasındakı danışıqlar da işıq üzü gördü. Bu danışıqlar 11 sentyabr günü yaşananları bir daha göz önündə canlandırır.

Hücumun həyata keçirildiyi gün yerli vaxtla 08:19-da "American Airlines 11" təyyarəsindəki pilot kabinəsindən Bettio Onq hava limanı ilə əlaqə saxlayır: "Mən 3 nömrəyəm. Kokpit telefona cavab vermir. "Business Class"da birisi bıçaqlandı. Vəziyyət gərgindir. Biri bıçaqdan istifadə edir və bu tərəfə gəlir. Bir dəqiqə gözlə. 1 və 5 nömrə bıçaqlandı. Kokpittə kim var, bilmirəm".

"American Airlines 11" təyyarəsini qaçıran Məhəmməd Atta 08:24-də hava limanı ilə əlaqə saxlayır: "Kimsə tərpənməsin, hər kəs yaxşı olacaq. Əgər hər hansı hərəkət etsəniz, özünüzə də təyyarəyə zərər verərsiniz. Sadəcə səssiz olun".

Şimali Amerika Havadan Müdafiə Komanda Mərkəzi (NORAD) saat 08:37-də məlumatlandırılır: "Burada bir problemimiz var. Qaçırılan bir təyyarəməz var və bu an Nyu-Yorka doğru gəlir. F-16, ya da buna bənzər bir şeyi oraya göndərməyinizə ehtiyacımız var. Bu bir test və ya təlim deyil, həqiqətdir".

08:47-də Dünya Ticarət Mərkəzindən ilk hücum raportları verilməyə başlayır:

- Boston, bura Nyu-Yorkdur, necə təyyarəydi o? 767?
- Bura izləmə mərkəzidir, təyyarənin izini itirdinizsə, təkrar edərsinizmi?
- Boston təyyarəni itirdi. Burada qaçırılma olduğunu düşündüyümüz bəzi təhlükələr var.
- Nyu York vəziyyəti araşdırır. Bölgədə bir ELT (təyyarə qəzaya uğradığı zaman siqnal verməyə başlayan cihaz) siqnalı alırıq.
- Kennedi Qüllə danışır, siz ciddisinizmi? Dünya Ticarət Mərkəzindən alovlar və dumanlar yüksəlir.
- Ora bizim təyyarənin izini itirdiyimiz nöqtədir.
- Saat 09:02-də Nyu Yorkdakı hava nəzarətçiləri "United 175"in Dünya Ticarət Mərkəzinə çırpıldığını görür: "Şüşədən bayıra baxırsanmı? 4 min futdakı təyyarəni görürsənmi? 5 dərəcə şərqdə. Görürsənmi, binaya doğrumu alçalır? Çox sürətli alçalır".
- 800 futa qədər endi. Bu nə təyyarəsidir?
- Bilmirəm, bir dəqiqəyə öyrənərəm.
- Başqa biri binaya çırpıldı. Başqa biri binaya çox güclü şəkildə çırpıldı.
- Bütün bina dağıldı. Aman Allah.

Saat 09:32-də "United 93"ü qaçıran şəxs sərnişinlərlə danışır: "Xahiş edirəm oturun və qətiyyən ayağa qalxmayın. Təyyarədə bomba var"...

Aşağıdakı videonun 19 dəqiqə 30 saniyəsindən sonra olan hissəsinə diqqət yetirin. Binanın üst mərtəbələrinə təyyarə çırpılıb və ətraf toz içindədir. Amma təxminən 19.40-da bina qəfildən çökür. Kəşfiyyat məlumatlarında binaya partlayıcı quraşdırılması ilə bağlı heç bir şey deyilmir. Bu isə dolayısıyla onu sübut edir ki, 11 Sentyabr hadisəsi Amerika Mərkəzi Kəşfiyyat orqanlarının əli ilə planlaşdırılmış bir hadisə idi. Çünki mütəxəssislər də bildirirlər ki, 100 mərtəbəli bir binanın özülü kifayət qədər möhkəm olduğu üçün, onun bu cür çökməsi mümkün deyil. Belə bir binanın çökməsi üçün mütləq onun özülü zəiflədilməlidir. Ki, bunun da MKİ-nin işi olduğu şübhə yaratmır.

TERRORLA MÜBARİZƏ YOX, NEFTLƏ ZƏNGİN TORPAQLARIN İSTİSMARI

4 sərnişin təyyarəsindən ikisi Nyu-Yorkdakı əkiz qüllələrə, digəri Pentaqona dəymiş, digəri isə sərnişinlərlə birlikdə yerə düşmüşdü. Hadisələrdə 19 nəfər terrorçu və 2.974 nəfər mülki vətəndaş ölmüşdü. Hücumlardan Üsəma bin Ladenin lideri olduğu "Əl-Qaidə təşkilatı" günahkar bilindi. Bu hücumdan sonra isə yeni təhlükəsizlik strategiyaları təyin edildi. Təhlükəsizlik strategiyalarını ABŞ “terrorla mübarizə” devizi adı altında İslam ölkələrinin təbii sərvətlərini zəbt etməklə məşğul oldu.

ABŞ ƏFQANISTAN VƏ İRAQA MÜHARİBƏ ELAN ETDİ

Bu strategiya çərçivəsində ABŞ ilk olaraq Əfqanıstana hərbi müdaxilə etdi. 19 mart 2003-cü ildə isə nüvə silah bəhanəsiylə İraqa müharibə elan olundu. Hər iki ölkəni də işğal edən Amerika soyqırıma start verdi. Hər iki ölkəni qan gölünə çevirən ABŞ əsgərləri və kolalisiya qüvvələri minlərlə günahsızı qətlə yetirdi. 11 sentyabrın 16-cı ildönümündə ABŞ-ın terrorla mübarizə bəhanəsi ilə başladığı döyüşdə bu günə qədər təxminən 3 milyon insan həyatını itirib. Döyüşlərin təxmini xərci isə dünyadakı bütün yoxsulları xilas edə biləcək rəqəmdir. İraq və Əfqanıstandakı müharibə üçün indiyə qədər ABŞ 1 trilyondan çox pul xərcləyib.

TERROR QURBANLARININ AİLƏSİNƏ TOPLANMIŞ PULU MƏNİMSƏYİBLƏR

Amerikanın CBS telekanalı bildirir ki, Kaliforniyada 11 sentyabr hadisələrində həlak olmuş uşaqların ailələri üçün yığılan maliyyə vəsaiti ştatın büdcəsinə xərclənib. Məlum olub ki, 15 milyon dollar fond pulundan 3 milyonu büdcə kəsrinin ixtisarı, daha bir neçə milyon isə digər məqsədlər üçün xərclənib.
Araşdırmalara görə, 2001-ci il 11 sentyabrda baş verən məlum terror hadisəsində həlak olmuş 30 uşağın ailəsinə cəmi 21381 dollar çatıb.
Qeyd edək ki, sözügedən fonda vəsait 11 sentyabr hadisələrinə həsr olunan xüsusi avtomobil nömrə nişanlarının satışından daxil olurmuş. Hazırda da bu nömrələrin reklamı yayımlanır, halbuki, ştat rəhbərliyi hələ 2006-cı ildən xüsusi təqaüdlərin verilməsini dayandırıb.

11 SENTYABR QURBANLARININ CƏSƏDLƏRİ ZİBİLLİKDƏ BASDIRILIB

Başqa bir məlumatda isə bildirilir ki, 2001-ci il sentyabr qurbanlarının kremirasiya edilmiş qalıqları zibilxanada basdırılıb. Bu barədə Pentaqonun hesabatında yazılıb. Söhbət Pentaqon binasına və Pensilvaniyada terrorçular tərəfindən ələ keçmiş təyyarənin tanınmamış qurbanlarından gedir.
Sənəddə deyilir: «Kremirasiya edilmiş qalıqlar hermetik qutulara yerləşdirilək, biotibbi qalıqların məhvi ilə məşğul olan podradçıya təhvil verilib».
Sonra isə yazılır ki, icraçı həmin qalıqları Virciniya ştatındakı zibilxanada basdırıb.

11 SENTYABR ÜÇÜN TƏƏCCÜBLÜ İDDİA

Dünya Vilyam Rodrigez adını ilk dəfə Amerikadakı Dünya Ticarət Mərkəzinin 11 sentyabr 2001-ci ildə dağılmasıyla eşitdi. Əkiz qüllələrdə təsərrüfat işçisi kimi fəaliyyət göstərən Rodrigez qəhrəmanlıq göstərərək çoxlu sayda insan xilas edib. Göstərdiyi cəsarətə görə milli qəhrəman elan edilən Rodrigez bir anda Amerikanın ən məşhur adamı oldu.
Terror hücumunun sui-qəsd olduğunu iddia etməsinin yaratdığı şok keçməmiş, Rodrigezin müsəlman olduğunu açıqlaması onu bir daha ölkəsinin və dünyanın gündəminə gətirib.
11 sentyabr 2001-ci ildə binanın içərisində olduğunu söyləyən Rodrigez, binaya təyyarənin çırpılmasından əvvəl bünövrədə partlayışın baş verdiyini söyləyib.
11 sentyabr hücumlarının Amerikanın İraqa girməsini haqlı göstərmək üçün həyata keçirildiyini söyləyən Rodrigez, "hücumun müsəlmanların üzərinə atılmasına dözə bilmirəm. Hələ təyyarələr binalara çırpılmamışdan əvvəl içəridə partlayışlar oldu. Bu bir sui-qəsd idi", - deyib.
Hücum planı ilə bağlı nə vaxtsa həqiqətlərin ortaya çıxacağına ümid etdiyini söyləyən Rodrigez, "11 sentyabrın unudulmaması üçün bu mövzunu gündəmdə saxlamağa davam edəcəyəm", - deyə bildirib.

11 SENTYABR HADİSƏSİNDƏ HƏQİQƏTLƏRİ AŞKAR EDƏN FİLM

Bütün dünya hələ də 16 il əvvəl bu günü ABŞ-dakı əkiz qüllələrə edilən hücumun arxasındakı həqiqəti araşdırır. Amerikalı intellektuallar etiraf etdilər ki, "bu hadisə tamamilə Pentaqon işidir"

Aqil Mehdi

Məqalədə : 11 sentyabr 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


13-12-2017 15:18

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru