Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

11 Sentyabr

2017
09:55
1019
Deyr əz-Zorun qapıları açıldı - VİDEO

FaktXəbər-in verdiyi məlumata görə, Suriya ordusu Rusiyanın Hərbi Hava Qüvvələrinin dəstəyi ilə Deyr əz-Zor şəhərinin strateji məntəqələrini ələ keçirib. Şəhəri paytaxt Dəməşqlə birləşdirən əsas magistral yoluna nəzarət də ordu qüvvələrinin əlinə keçib. 

Deyr əz-Zorun qərbindən hücuma keçən Suriyanın xüsusi təyinatlı dəstələri Panoramadakı (93 min sakini olan şəhər 2014-cü ildən blokadada yaşayırdı) hərbçilərə birləşərək böyük bir ərazini nəzarətə götürüb. 

Suriya ordusu hazırda Deyr əz-Zorun hava limanını mühasirəyə alaraq əməliyyatlara başlayıb. İŞİd terrorçularının isə şəhəri tərk edərək Əl-Mayadinə doğru qaçdığı bildirilir. 

Bu arada əməliyyatlara ABŞ-ın dəstəklədiyi "Suriyanın Demokratik Qüvvələri" adlı kürd döyüşçüləri də dəstək verib. Belə ki, kürdlər şimaldan Deyr əz-Zora daxil olaraq terrorçuların mühasirəsini yarmış olub. 

Məqalədə : Deyr əz-Zor 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru