Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

08 Sentyabr

2017
10:08
686
Fars körfəzi ölkələri Qətərə ilkin şərtlər irəli sürməməyə çağırıblar

Fars körfəzində böhranın  həll olunmasına danışıqlar üçün Qətər hökuməti  heç bir ilkin şərt irəli sürməməlidir. FaktXeber.com-un verdiyi məlumata görə, bu barədə Misir, Səudiyyə Ərəbistanı, Bəhreyn və Birləşmiş Ərəb Əmirliyinin birgə bəyanatında deyilir. Dörd ölkə bundan əvvəl Qətərə baykot elan etmişdi.

Bundan əvvəl Doha  ərəb qonşuları ilə danışıqlar üçün ilkin şərt olaraq blokadanı dayandırmaq tələbini irəli sürmüşdü.

Ərəb dövlətləri həmçinin bəyanatda bildiriblər ki, heç bir vaxt Qətərə hərbi müdaxilə barədə plan hazırlamayıblar.

Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn  və Misir iyur ayının əvvəllərində Dohanı terrorda və onların daxili işinə müdaxilə etməkldə ittiham edərək, onunla diplomatik və hər cür əlaqələri dayandırmışdılar. Bir müddət sonra bir sıra dövlətlər də qərara qoşuldular. Küvenyt  münaqişələrin həlli üçün vasitəçi rolunda çıxış etdi.

Əlaqələrin dayandırılmasından sonra 4 ərəb ölkəsi Qətərə 13 maddəlik ultimatum göndərdi. Onların arasında  İranla  diplomatik və hərbi əlaqələrin azalması, ölkədə Türkiyənin hərbi bazasının bağlanması, ərəb ölkələrinin daxili işlərinə  müdaxilənin dayandırılması, «Əl-Cəzirə» peyk televiziya şəbəkəsinin bağlanılması da var idi.

Qətər ərəb qonşularının ittihamlarını rədd etmiş və bildirmişdi ki, irəli sürülən tələblər reallıqdan uzaqdır və yerinə yetirilə bilməz, həmçinin onun suverenliyini pozur.

Məqalədə : Qətər 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-11-2017 02:03

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru