Sorğu

Kürdüstan referendumundan nə gözlənilir?

İraqın bölünməsi
Vətəndaş müharibəsi
Nəticəsiz qalacaq
Referendum keçirilməyəcək

Xəbər Lenti

İnfografika

Arxiv

29 Avqust

2017
16:18
568
Qurban bayramında əfv gözlənilirmi? - Rəsmi cavab

Qarşıdan Qurban bayramı gəlir və bu münasibətlə çoxları əfv sərəncamını gözləyir. Bəs görəsən, sentyabr ayında da əfv olacaqmı?

FaktXeber.com məsələ ilə əlaqədar Əfv Məsələləri Komissiyasının üzvü, "Konstitusiya" Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyevdən münasibət öyrənib.

O, ilk olaraq bu ilin mart ayında, Novruz bayramı ərəfəsində Prezident İlham Əliyev tərəfindən əfv sərəncamının imzalandığını xatırlatdı: "Eyni zamanda ötən il birinci xanım, vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə Milli Məclis böyük Amnistiya Aktı qəbul etmişdi. Həmin vaxt 10 mindən artıq cəzadan azad edilmişdi."

Bundan başqa bütövlükdə cəza siyasətində gedən islahatlardan söz açan hüquqşünas əfv komissiyasının son günlərdə toplanmadığını da bildirdi: "Bütün bunları nəzərə alsaq, Qurban bayramında əfv sərəncamının olacağına güman etmirəm. Qurum fəaliyyət göstərir və bütün məhkumlardan, onların yaxınlarından, qanuni nümayəndələrindən, qeyri-hökumət təşkilatlarından daxil olan müraciətləri araşdırır, müvafiq arayışlar hazırlayıb, onu Əfv Məsələləri üzrə Komissiyanın rəhbəri Ramiz Mehdiyevə təqdim edir. Ola bilsin ki, qarşıda, ilin sonunda, yaxud digər vaxtlarda imzalansın." 

Ekspert bununla belə qeyd etdi ki, əfv məsələsi prezidentin müstəsna səlahiyyətinə aiddir və o, hər zaman bu konstitusional hüququndan istifadə edə bilər.

Məqalədə : əfv sərəncamı 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru