Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

22 Avqust

2017
17:52
2173
Bu şəxslər rus olduqları qədər azərbaycanlı, azərbaycanlı olduqları qədər də rusdurlar

Aqil Mehdi


Rusiyada pauerliftinq üzrə dünya çempionu Andrey Draçevi döyərək öldürən azərbaycanlı Anar Allahverənov federal axtarışa verilib.

Rusiya İstintaq Komitəsinin əməliyyatçıları tərəfindən həmin şəxsin evində və bir sıra yerlərdə axtarış aparılıb. 

İllərdir Rusiyadan tabutlar gəlir Azərbaycana, hansı rusa çəp baxmışıq ölkəmizdə, bəlkə gedib Rusiya səfirliyinə etiraz notası təqdim edib binası qarşısında aksiya keçirmişik? Bəlkə 20 Yanvar qırğınında, Xocalı soyqırımında İsmayıllı rayonunda yerləşən İvanovka kəndinin sakinlərinə hücum çəkdik? Heç birini etməmişik.

Faktla bağlı “Qəsdən adam öldürmə” maddəsi ilə cinayət işi başlayıb.

Hadisədən sonra sosial mediada və Rusiya KİV-lərində Azərbaycana və azərbaycanlılara qarşı böyük təbliğat başlayıb. Rusiyanın radikal millətçilərinə əzəli düşmənimiz olan ermənilər də dəstək verirlər, daha doğrusu fitili alışdırmaqla məşğuldurlar. 

Vəziyyət o dərəcədə şişirdilib ki, azərbaycanlılar açıq-açığına təhqir olunur, hədələnirlər. Bəli, biz də təəssüf edirik, bir insan öldürülüb. Amma kiminsə evinə girib öldürməyiblər, küçədə 2 nəfər öz güclərini sınamaq qərarına gəliblər və qaydasız döyüşlərdə gördüyümüz səhnəyə şahid olduq. Və sonu da faciə. 

Bu hadisə hər bir millətin nümayəndəsinin başına gələ bilər. Anar Allahverənovun yerinə elə rus da ola bilərdi, erməni də, çeçen də, ləzgi də. Yaxud da əksinə, Andrey Draçevin zərbəsindən azərbaycanlı ölə bilərdi.

Amma bütün bunlar onu deməyə əsas vermir ki, bir küçə avarasına görə onun millətini, doğulduğu ölkəni təhqir edəsən, hədələyəsən, əleyhinə təbliğat aparasan. Bu, ancaq münasibətləri korlamağa hədəflənmiş bir işdir. Əgər o xoşagəlməz hadisədə Anar Allahverənov ölsəydi necə, onda biz Azərbaycanda yaşayan rusları gözümçıxdıyamı salmalıydıq?

Xeyr, əlbəttə ki, xeyr! İllərdir Rusiyadan tabutlar gəlir Azərbaycana, hansı rusa çəp baxmışıq ölkəmizdə, bəlkə gedib Rusiya səfirliyinə etiraz notası təqdim edib binası qarşısında aksiya keçirmişik? Bəlkə 20 Yanvar qırğınında, Xocalı soyqırımında İsmayıllı rayonunda yerləşən İvanovka kəndinin sakinlərinə hücum çəkdik? Heç birini etməmişik. Çünki hər hansı bir şəxsin törətdiyi cinayətə görə nə onun mənsub olduğu millət, nə də dövlət məsuliyyət daşımır.

Biz, Rusiya vətəndaşı, milliyətcə isə azərbaycanlı olan, Rusiya Millisinin, “Spartak” komandasının aparıcı oyunçusu Aleksandr Səmədovla fəxr edirik. Azərbaycan vətəndaşı, milliyətcə rus olan, Azərbaycan Millisinin, “Qarabağ” komandasının aparıcı oyunçusu Maksim Medvedyevlə də fəxr edirik. Eyni zamanda, Rusiyanın 21 yaşlılardan ibarət Millisinin üzvü, “Anji” komandasının aparıcı oyunçusu, milliyətcə azərbaycanlı Ayaz Quliyevlə də fəxr edirik. Hələ “Neftçi” komandasının baş məşqçi köməkçisi İqor Getmandan, “Lukoyl” prezidenti Vahid Ələkbərovdan, iş adamı Araz Ağalarovdan, Azərbaycan parlamentinin üzvü Mixail Zabelindən danışmıram. 

Bu misalları kifayət qədər çəkmək olar, amma ehtiyac yoxdur. Çünki bu şəxslər rus olduqları qədər azərbaycanlı, azərbaycanlı olduqları qədər də rusdurlar. Düşüncə sahibi olan hər kəs baş verənlərə diqqətlə yanaşmalıdır. Bir azərbaycanlının bir rusu öldürməsini əlində bayraq edərək, “azərbaycanlıların ruslara nifrət bəslədiyi” təbliğatını aparan ermənilərə isə sual vermək lazımdır: Ermənistan niyə monoetnik dövlətdir?

Məqalədə : Rusiya 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-12-2017 00:42

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru