Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

21 Avqust

2017
16:35
499
Qətər ilə Səudiyyə Ərəbistanı arasında həcc gərginliyi

FakrXəbər-in verdiyi məlumata görə, Qətər ilə Səudiyyə Ərəbistanının başçılıq etdiyi  Körfəz ölkələri arasındakı gərginlik davam edir. Səudiyyə Ərəbistanı dövlət hava yolu şirkəti, lazımi icazələri almadığı üçün qətərli hacıları Səudiyyə Ərəbistanına aparmayacağını açıqlayıb.

Səudiyyə Əərbistanı dövlət hava yolu şirkəti bəyanat verərək bildirib ki, Doha hava limanından lazımi icazələri almadıqları üçün Qqətərli hacıları Səudiyyə Ərəbistanına aparmaq üçün təyyarə göndərməmişik.

Keçən həftə Səudiyyə Ərəbistanı, qətərli hacılara yardımçı olacağını demiş və qapadılan Qətər sərhədini açacağını bildirmişdi. Kral Salman da əmr verərək Qətərə təyyarə göndərilməsini istəmişdi.

Ancaq Qətər Aviasiya İdarəsi (CAA), iddiaları təkzib edərək, icazə müraciətinin əvvəlki illərdə olduğu kimi onlara yox, Qətər Həcc Nümayəndə Heyətinə edilməsi lazım olduğunu xatırladıb.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru