Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

21 Avqust

2017
12:03
448
`Ginnesin Rekordlar Kitabı`na düşən Bakı metrosu haqda 10 MARAQLI FAKT

Hər gün istifadə etdiyimiz Bakı Metropoliteni yarandığı gündən etibarən çeşidli hadisələrlə üz-üzə qalıb.

Bu hadisələrdən əlavə, metromuzun tarixində həm də maraqlı faktlar da mövcuddur.

Həmin faktlardan bir neçəsini sizə təqdim edirik.

Bakı Metropoliteni

1. Bakıda metropolitenin tikilməsi ideyası onun açılışından 30 il əvvəl yaranmışdı. Tam həcmli tikinti işləri 1951-ci ildə başlayır və bir neçə ildən sonra ilk xəttin istifadəyə verilməsi planlaşdırılırdı. 1967-ci il noyabrın 6-da Bakı şəhərində metropolitenin 5 stansiyası - Bakı Soveti, 26 Bakı Komissarı, 28 Aprel, Gənclik və Nəriman Nərimanov stansiyaları və 9,2 km-lik yeraltı xətləri olan birinci növbəsi istismara verilir. 25 noyabr 1967-ci ildən metropolitenin daimi istismarı və qatarların müntəzəm hərəkəti başlandı.

2. İlk qatarı maşinist Salman Ələkbərov və maşinist köməkçisi Akif Mirzəyev idarə edirdi.

3. Bakı Metropoliteni 1967-ci ildə "Ginnesin Rekordlar Kitabı"na Şərqdə ilk metro kimi düşmüşdür.

4. "Vestikavkaza.ru" saytı 2015-ci il oktyabrın 13-də dərc etdiyi dünyada 17 ən orijinal metro stansiyası və dəmir yolu vağzalı siyahısına Bakı metropoliteninin "Nizami" stansiyasını daxil edib.

5. Şəbəkənin tikintisi zamanı yerli metro tikintisi tarixində ilk dəfə olaraq tunel keçidlərinin qarışıq metodundan istifadə edilib: dərin su azaldılması ilə kesson üsulunun sintezi reallaşdırılıb.

6. Bakıda tunel keçidlərinin mürəkkəbliyi qəbul edilən faktdır. Metro tikintisi üzrə mütəxəssislər qeyd edirdilər ki, dünyanın başqa şəhərlərində analoji şərtlərin olduğunu söyləmək çətindir.

7. Bakıda bir neçə metro stansiyasının adı dəyişdirilmişdir.

"Şaumyan"- "Xətai", 11 may 1990

"XI Qızıl Ordu Meydanı" - "20 Yanvar", 27 aprel 1992

"28 Aprel"-"28 May" 9 aprel 1992

"Avrora" - "Qara Qarayev" 27 aprel 1992

"Elektrozavod" "Bakmil" 1 yanvar 1993

"26 Bakı Komissarı" - "Sahil", 9 aprel 1992

"Bakı Soveti" -"İçәrişәhәr", 25 aprel 2007

"Məşədi Əzizbəyov" -"Koroğlu", 30 dekabr 2011

8. 28 oktyabr 1995-ci ildə "Ulduz" və "Nərimanov" stansiyaları arasındakı tuneldə qatarın alışması nəticəsində 300 adam həlak olub, 400 nəfər isə xəsarət alıb. Bu qəza "Ginnesin Rekordlar Kitabı"na ən dəhşətli metro qəzası kimi düşüb. Ölkədə 3 gün matəm elan edilib.

9. 30 sentyabr 2009-cu ildə Tarif Şurasının iclasında Bakı Metropolitenində gediş haqqının qaldırılması barədə məsələ müzakirə olunub. Oktyabrın 1-dən Gediş haqqının 5 qəpikdən 15 qəpiyə qaldırılması barədə qərar qəbul olunub. Bu, 1996-cı ildən bəri metroda ilk bahalaşma idi. 2011-ci il dekabrın 1-dən etibarən metroda gediş haqqı yenidən qalxaraq 20 qəpik olmuşdur.

10. Gələcəkdə Bakı metropoliteni xətlərinin uzunluğu 119 kilometrə, stansiyaların sayı isə 76-ya çatdırılması planlaşdırılır. Bunun əsas məqsədi metronun mövcud şəbəkəsinin genişləndirilməsidir.(Pahoo.az)

Məqalədə : Bakı Metropoliteni 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru