Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 Avqust

2017
09:42
Avqustun 21-də tam Günəş tutulması baş verəcək

FaktXəbər-in məlumatına görə, avqustun 21-də tam Günəş tutulması baş verəcək. Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının rəsmi saytında məlumat yerləşdirilib.

Məlumatda bildirilir ki, Günəş tacı əvvəlki tutulmalarla müqayisədə bir neçə dəfə böyük olacaq.

Tutulma müddəti 2 dəqiqə 40 saniyə (Bakı vaxtı ilə saat 19:47-də başlayacaq proses saat 22:26-da maksimumda olacaq, saat 01:04-də isə sona çatacaq), yer səthində Ayın kölgəsinin eni isə 115 kilometr təşkil edəcək.

Qismən Qərbi Avropa və Cənubi Amerikanı əhatə edəcək bu nadir təbiət hadisəsini yalnız ABŞ sakinləri müşahidə edə biləcəklər.

İlk dəfə olaraq ABŞ-ın bütün ştatlarını əhatə edəcək Günəş tutulmasına “Böyük Amerika tutulması” adı verilib. Tutulma zamanı Günəş aktivliyi dünyanın ən güclü teleskopu olan DKIST vasitəsi ilə izləniləcək.

Növbəti Günəş tutulmasının 2 sentyabr 2035-ci ildə baş verəcəyi ehtimal olunur.

Qeyd edək ki, bu il ilk Ay tutulması hadisəi fevralın 11-də, Günəş tutulması isə fevralın 26-da baş verib.

Məqalədə : Günəş tutulması 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
43754

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
42055

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
43677

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
43148

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
48673

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
43125

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
43531
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


30-09-2020 07:26





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru