Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

12 Avqust

2017
23:27
836
Azərbaycanda həkim səhvinin daha bir qurbanı: 5 günlük uşaq öldü

Lənkəranda qeysəriyyə əməliyyatı ilə dünyaya gələn 5 günlük körpə tələf olub. Valideynləri ölümün səbəbini həkim səhlənkarlığı ilə izah edirlər.

Ana olmağa hazırlaşan Masallı rayonunun Həsənli kənd sakini 20 yaşlı Vəlişova Kəmalə Zahid qızı müayinə olunmaq üçün Lənkəran Rayon Mərkəzi Xəstəxanasına müraciət edib. K.Vəlişovanın atası "Report"un müxbirinə bildirib ki, qızı xəstəxanaya gətiriləndə problemi olmayıb: "Qızım Masallıda ultrasəs müayinəsindən keçmişdi. Demişdilər ki, doğuş vaxtına qalıb. Təkrar yoxlamadan keçirmək üçün Lənkərana gətirdik. Burda bildirildi ki, ana 36 aylıq hamiləlik dövründədir".

K.Vəlişovanın yaxınları həkimə bildiriblər ki, Masallı rayonunda müayinə zamanı ananın 32 həftəlik hamilə olduğunu söyləyiblər. Lakin, gənc qadını müayinə edən Hicran adlı həkim bu məlumatın doğru olmadığını deyib. Avqustun 5-də K.Vəlişova qeysəriyyə əməliyyatı olunub. Əməliyyatdan sonra məlum olub ki, həqiqətən də ananın bətnindəki döl 32 həftəlik olub. Yəni, körpə 45 gün tez dünyaya gəlib. Körpə xüsusi kameraya yerləşdirilib. Bu gün körpənin ailəsinə ölüm xəbəri verilib.

Faktla bağlı araşdırmalara başlanılıb.(Report)

Məqalədə : körpə 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru