Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

11 Avqust

2017
15:31
“WhatsApp” bu funksiyanı da yerinə yetirəcək

“WhatsApp” istifadəçiləri messencer üzərindən pul göndərə və qəbul edə biləcəklər.
 
Sözügedən funksiya “WhatsApp” messencerinin “Android” üçün son beta-versiyasında aşkar edilib. Bundan əvvəl messencerin həmtəsisçisi bildirmişdi ki, şirkət ödəmə xidmətlərinin “WhatsApp” messencerinə inteqrasiya imkanını nəzərdən keçirir.
 
Tezliklə əlavə ediləcək “Payments” funksiyası istifadəçilərə birbaşa messencerdə pul göndərməyə və qəbul etməyə imkan verəcək. Köçürmələr banklararası ödəmə sistemi olan “UPI” vasitəsilə həyata keçiriləcək. Yeni funksiyanın hansı ölkələrdə işləyəcəyi və köçürmələr üçün komissiya tutulacağı hələ məlum deyil.
 
Cari ilin fevralında Hindistanda olmuş messencerin həmtəsisçisi Brayan Ekton kommunikasiya və informasiya texnologiyaları naziri ilə görüşdə etiraf edib ki, onun şirkəti ödəmə xidmətlərinin “WhatsApp” messencerinə inteqrasiya imkanını nəzərdən keçirir. (Azərtac)

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : WhatsApp pulköçürmə 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-09-2018 19:34



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com