Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

11 Avqust

2017
15:26
941
Əli Həsənovun nəvəsinin `Gelandewagen`lə vurduğu yaralılardan xəbər var

Avqustun 3-də paytaxt Bakının Heydər Əliyev prospektində baş vermiş dəhşətli qəzada yaralanaraq "Baku Medical Plaza"ya aparılan, daha sonra Ankaradakı Gülhanə hospitalına köçürülən Türkiyə vətəndaşlarının səhhəti ilə bağlı xəstəxanadan açıqlama verilib.
 
Ankaradakı Gülhanə Hospitalından sputnik.az-a verilən açıqlamaya görə, yaralı Muttalip Tekiş hazırda reanimasiyadadır və vəziyyəti ağır olaraq qalır.
 
Onun həyat yoldaşı Songül Tekiş isə döş qəfəs nahiyyəsindən müalicə almağa davam edir. Xanım Tekişin vəziyyəti qənaətbəxşdir.
 
Xatırladaq ki, avqustun 3-ü paytaxtın Heydər Əliyev prospektində baş verən avtoqəzada iki nəfər ölmüş, üç nəfər isə ağır yaralanmışdı. Hadisəni törədən "Mercedes Gelandewagen" markalı avtomobilin sahibi Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, baş nazirin müavini Əli Həsənovun nəvəsidir. O, hazırda həbsdədir.

Məqalədə : qəza Gelandewagen 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-12-2017 01:43

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru