Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

10 Avqust

2017
12:53
795
BMT-dən İŞİD-lə bağlı dəhşətli hesabat: Namaz belə qılmırlar

FaktXəbər-in verdiyi məlumata görə, Suriya və İraq ərazisində "İslam xilafəti" qurduğunu elan edən İŞİD terrorçularının bir çoxu namaz belə qılmırlar. Bu barədə BMT-nin Terrorla Mübarizə Mərkəzi hesabat dərc edib. 12 ölkədən Suriyaya gedən 42 kişi və 1 qadın arasında aparılan sorğu əsasında hazırlanan hesabatda göstərilir ki, terrorçuların bir çoxunun təhsil vəziyyəti, sosial mövqeləri və inancları mövcud deyil.

BMT rəsmiləri rofessor Hamed Əl-Səid və ingiltərəli terror mütəxəssisi Riçard Barrettin apardığı araşdırmalar zamanı İŞİDçilərin namaz qılmadıqları belə üzə çıxıb. "İslamla əlaqələri yoxdur, dua da bilmirlər. Bu insanlar müsəlmanları qoruduqlarını iddia edirlər. Ancaq heç bir şey göründüyü kimi deyil. Din məsələsində tamamilə məlumatsızdırlar. Namaz qılmağı da bacarmırlar. Heç biri normal təhsil almamış və hansısa peşənin sahibi olmayan şəxslərdir",-deyə hesabatda qeyd olunur.

Məqalədə : İŞİD 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru