Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

08 Avqust

2017
15:25
243
`Tofiq Bəhramov`da ilk: Stadiona yeni texnologiya quraşdırılacaq

UEFA-nın tələbinə əsasən, Tofiq Bəhramov adına Respublika stadionunda topun qapı xəttini keçib-keçmədiyini müəyyənləşdirən texnoloji sistem quraşdırılır.

Faktxeber.com xəbər verir ki, bu haqda qol.az saytına “Qarabağ” klubunun baş meneceri Asif Əsgərov məlumat verib. “Goal line” adlanan bu sistem Azərbaycan futbol tarixində ilk dəfə olaraq “Qarabağ”ın Çempionlar Liqasının pley-off mərhələsində “Kopenhagen”lə keçirəcəyi oyunda tətbiq olunacaq.

Əsgərov bildirib ki, İngiltərə şirkətlərindən birinin apardığı bu iş yaxın günlərdə yekunlaşacaq.

Xatırladaq ki, Çempionlar Liqasının pley-off mərhələsinin “Qarabağ” – “Kopenhagen” matçı avqustun 15-də, cavab görüşü həmin ayın 23-də Danimarkada olacaq. 

Məqalədə : yeni texnologiya 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru