Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

08 Avqust

2017
14:57
200
Ramil Usubov Şəkidə vətəndaşları qəbul edəcək

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov Şəki rayonunda vətəndaşları qəbul edəcək.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, qəbul avqust ayının 26-da saat 10:00-da Şəki Şəhər-Rayon Polis Şöbəsində başlayacaq. 

Qəbulda Şəki, Balakən, Qax, Oğuz, Zaqatala və Qəbələ şəhər və rayonlarının sakinləri iştirak edə bilərlər. 

Vətəndaşlar daxili işlər orqanlarının əməkdaşlarının fəaliyyətinə və Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciət etməklə qəbula yazıla bilərlər.

Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

Məqalədə : Ramil Üsubov 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru