Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

07 Avqust

2017
20:49
Prezident “İşsizlikdən sığorta haqqında” qanunun tətbiqi barədə fərman imzalayıb

Azərbaycan prezidenti İlham Əliyev “İşsizlikdən sığorta haqqında” 2017-ci il 30 iyun tarixli qanunun tətbiqi barədə fərman imzalayıb.

 

Nazirlər Kabinetinə 3 ay müddətində Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini, həmin qanunun pozulmasına görə məsuliyyət müəyyən edən qanun layihəsini hazırlamaq, habelə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə 5 ay müddətində Azərbaycan prezidentinə məlumat vermək tapşırılıb.

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi isə “İşsizlikdən sığorta haqqında” qanunun 17.1-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq, ərizənin formasını və ərizəyə əlavə olunan sənədlərin siyahısını üç ay müddətində təsdiq edib, həmin normativ hüquqi aktın Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi barədə Azərbaycan prezidentinə məlumat verməlidir.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : işsizlik fərman 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-12-2018 01:06



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com