Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

26 İyul

2017
15:23
891
Şəmkirdə reyd zamanı gərgin anlar – VİDEO

Şəmkirdə qanunsuz sərnişin daşıyanlar cərimələnib.

Sərnişinlərlə yol polisi arasında yaranan narazılığa sürücünün avtomobilin konstruksiyasına qanunsuz dəyişiklik etməsi və cədvəldən kənar xəttə çıxması səbəb olub.

Vətəndaşlar paytaxta çatmaq üçün tələsikdələrini, yol polisi isə təhlükəsizlik qaydalarına əməl etməyin vacibliyini aşılmağa çalışır.

Reyd zamanı özünü və sərnişinlərin həyatını təhülkəyə ataraq yol polisinin saxla işarəsinə məhəl qoymayanlar da olub. Məcburi qaydada nəqliyyat vasitəsi saxladılan sürücülər müxtəlif bəhanələrlə özlərinə haqq qazandırmağa çalışıblar.

Sərnişin: "Ay qardaş mən tələsirəm, çatmalıyam"

Əli Əliyarov - DANX-nin Gəncə Regional Şöbəsinin rəisi: “Sərnişin daşımada iştirak edən bir neçə mikroavtobus sürücüsünün müvafiq kateqoriyası olmadığı üçün daşınmalardan kənarlaşdırıldı. Yük daşıma üçün nəzərdə tutulan nəqliyyat vasitəsinə əlavə avadanlıq quraşdıraraq sərnişin daşımada istifadə olunduğuda üzə çıxdı. Belə nəqliyyat vasitələri yol patrul xidməti əməkdaşları tərəfindən çərimə meydançalarına yerləşdirildi”.

Yol polisi Nəqliyyat müffətişləri ilə qarşıdakı günlərdə də kütləvi reydləri davam etdirəcək.

Məqalədə : Cərimələr Reyd 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-12-2017 12:47

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru