Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

25 İyul

2017
12:57
666
Avtotmobil kondisionerindən düzgün istifadə qaydaları

Bu gün hər bir avtomobildə kondisiner var. Lakin çox az adam ondan düzgün istifadə qaydasını bilir. FaktXeber.com olaraq bu gün bu barədə məlumat verəcəyik.

1. Mühərrik işlədilmədən və mühərrik isidilmədən kondisioner açılmamalıdır.

2. Kondisioneri işə salmazdan əvvəl, avtomobildə olan isti havanın çölə çıxması üçün şüşələr bir müddət açıq saxlanılmalıdır.

3. Avtomobil kondisionerlərinin keyfiyyətli qalması üçün qış fəsli də daxil olmaqla ayda bir dəfə, 10 - 15 dəqiqə işlədilməlidir.

4. Kondisionerdən gələn hava sürücü və sərnişinlərin üstünə yox, şüşə və döşəməyə istiqamətində yönəldilməlidir.

5. Mühərrik işlədikdən sonra kondisioner əvvəl aşağı tempraturda, daha sonra yüksək tempraturda işlədilməlidir.

6. Avtomobilin içi həddindən artıq soyuq olduğu halda bayıra çıxmaq, təzyiq probleminə səbəb ola bilər. Bu problemin olmaması üçün çöl ilə avtombilin içindəki hava tempraturu 6 dərəcə nisbətində olmalıdır.

7. Qış aylarında uzun müddət işlədilməyən kondisionerlərdə qaz oturması və ya qaz sızması probleminin həlli üçün "klimad" tətbiq edilməlidir.

8. Vaxtında dəyişdirilməyən polen filtri, içində yığılan tozlara görə normal işləyə bilməz. 

9. "Klimad" sistemində soyutma zamanı əmələ gələn nəmlilik,  evaparatora (buxarlaşdırıcı, istilik dəyişdirici) sızan toz zərrəcikləri bakteriyaların meydana gəlməsinə səbəb olur.  Bu isə allergiyası olan sürücülərin narahatçılığına səbəb olur. Bu hissənin də nizamlı olaraq təmizlənməsi və ya dəyişdirilməsi lazımdır.

Məqalədə : kondisioner 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru