Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

19 İyul

2017
12:45
Yol polisini vurub qaçan şəxs saxlanıldı

Masallıda yol polisini avtomobillə vurub qaçan şəxs saxlanılıb. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, iyulun 18-də saat 20:00 radələrində Masallı rayonunun Binə Xocavar kəndi ərazisində naməlum şəxs idarə etdiyi "VAZ-21099" markalı avtomobillə həmin ərazidə xidmətdə olan Masallı RPŞ DYPB Yol Patrul Xidmətinin əməkdaşı, polis baş serjantı Qoşqar Eynalovu qəsdən vuraraq hadisə yerini tərk edib.

Xəstəxanaya yerləşdirilən Q.Eynalovun vəziyyəti qənaətbəxşdir.

Masallı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Köhnə Alvadı kənd sakini, əvvəllər məhkum olunmuş Racik Məmmədov tutulub.

Masallı RPŞ tərəfindən hadisə ilə bağlı araşdırma aparılır.

Məqalədə : Yol polisi 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
4931

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
3343

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2671

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
2218
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


10-04-2020 09:19



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru