Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 İyul

2017
17:00
Gecə yuxusu gələn sürücülər DYP postlarında dincələ bilərlər - RƏSMİ

“Gecə saatlarında baş verən qəzalara sürücülərin yorğunluğu və yuxulu olmaları təsir edir. Belə halların qarşısını almaq məqsədilə bütün postlarda sürücülərin istirahəti üçün şərait yaradılıb”.

FaktXəbər-in məlumnatına görə, bunu azvision.az-a Baş Dövlət Yol Polis İdarəsinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Kamran Əliyev deyib.

DYP rəsmisi bildirib ki, gecə saatlarında yola çıxan sürücülər avtomobili stasionar postlarda saxlayıb, əl-üzlərini yuya və ya dincələ bilərlər.

“Sürücünün yuxusu gəlirsə, həmin ərazidəki dayanacaqlarda avtomobili saxlayıb 2-3 saat yatıb, sonra yoluna davam edə bilər. Bir çox sürücülər postlarda yaradılan şəraitdən istifadə edir”.

K.Əliyev qeyd edib ki, yük avtomobillərinin sürücüləri sutkanın qaranlıq vaxtı yola çıxmağa üstünlük verirlər, bu isə bəzən ağır qəzalarla nəticələnir.

“Yük avtomobillərinin bir çoxunda kondisoner olmadığı üçün sürücülər axşam saatlarında yola çıxmağa üstünlük verirlər. Sürücü yorğun olduğu halda avtomobil idarə etməməlidir. Amma bütün sürücülərin gecə saatlarında hərəkətini qadağan edə bilmərik. Xüsusilə, indi kənd təsərrüfatı məhsullarının şəhərə daşındığı vaxtdır. Əksəriyyət çalışır ki, gecə yola çıxıb, səhər şəhərə çatsın. Bəzən onlar istirahət etmədən yola çıxırlar. Bu isə sürücünün sükan arxasında yuxuya getməsinə və sonda ağır qəzalara səbəb olur”.

Məqalədə : DYP 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
20052

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
18657

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
19992

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
19578

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
25111

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
19566

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
19731
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


14-08-2020 15:26





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru