Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 İyul

2017
12:44
Milli Məclis sədri Oqtay Əsədov 5000 manatlıq yay tətilinə çıxır

Azərbaycan Milli Məclisi iyulun 15-dən yay tətilinə çıxır. Parlamentin məzuniyyəti avqustun 30-da başa çatır.

Parlamentin sədri, sədr müavinləri, komitə sədrləri və deputatlar üçün məzuniyyətlə bağlı veriləcək vəsaitlərin miqdarı artıq müəyyənləşib.

Builki məzuniyyət müddətində sədrdən sıravi deputata qədər hər kəsə iki aylıq vəzifə maaşı miqdarında vəsait veriləcək.

Hazırda Milli Məclisin sədri 2250 manat, sədrin birinci müavini bunun 90 faizi, digər müavinlər 85 faizi, komitə sədrləri 80 faizi, komitə sədrlərinin müavinləri 75 faizi, qalan deputatlar isə 70 faizi qədər maaş alırlar. Eyni zamanda onlara maaşlarından əlavə, maaşlarının 25 faizi qədər vergi tutulmayan vəsait ödənilir.

Qeyd edək ki, “Deputatın statusu haqqında” qanuna görə, vitse-spikerlərin, komitə sədrlərinin (müavinlərinin) və deputatların maaşları spikerin maaşına əsasən hesablanır.

Parlamentin payız sessiyası sentyabrın 30-da başlayacaq./APA

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Oqtay Əsədov 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-09-2018 02:44



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com