Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

09 İyul

2017
21:13
3997
ABŞ pəncərəsiz göydələndən 38 ölkəni dinləyir - FOTO

Amerika Milli Təhlükəsizlik Agentliyinin (NSA) qlobal dinləmə fəaliyyətləri üçün Nyu-York şəhərindəki gizli bir müəssisəni istifadə etdiyi bildirilir.

FaktXəbər-in məlumatına görə, keçmiş NSA əməkdaşı Edvard Snouden tərəfindən ifşa edilən sənədlərdə də adı keçən "Titanpointe" adlı mərkəz telekommunikasiya nəhəngi AT&T-nin Manhettendəki pəncərəsiz göydələnin içində yerləşir.

Adı gizli saxlanılan bir AT&T əməkdaşının verdiyi məlumatlara görə, NSA agentləri binanı 38-dən artıq ölkədə aparılan telefon danışıqlarını, yollanan faksları və internet fəaliyyətlərini izləmək üçün mərkəzi baza kimi istifadə edir.

1978-ci ildə istifadəyə verilən binanın nüvə hücumlarına belə dözəcək şəkildə inşa edildiyi, daxilində olan generator və su anbarı sayəsində içindəki əməkdaşların ətraf aləmdən müstəqil şəkildə həftələrlə həyatda qala biləcək şəkildə qurulduğu bildirilir.

Yerli mətbuatda son illərdə çıxan xəbərlərdə AT&T-nin Amerika xüsusi xidmət orqanlarına ən çox yardım edən telekommunikasiya firması olduğu yazılır. 

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-12-2017 13:02

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru