Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

05 İyul

2017
15:07
528
7 ərəb ölkəsi İraqın parçalanmasına razılıq verib - VİDEO

İraq Kürdüstanının lideri Məsud Bərzani Fələstin, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, Sudan, İordaniya, Misir və Səudiyyə Ərəbistanının konsullarını qəbul edib. 

FaktXəbər-in "Nerinaazad"a istinadən verdiyi məlumata görə, Bərzani qəbul etdiyi diplomatlarla kürd xalqının, dialoq və sülh yolu ilə hüquqlarını təminat altına almaq və bir daha kürd xalqının başına qanlı hadisələrin yaşadılmasına mane olmaq üçün addım atmağa başladığı, bu yoldan geri dönüşün olmayacağını qeyd edib.

Görüşdə həmçinin İŞİD-dən sonrakı proses və 25 sentyabrda keçiriləcək Kürdüstanın müstəqillik referendumu müzakirə olunub. Bərzani referendum kürd xalqının qanuni və təbii haqqı olduğunu bildirərək, hər təbəqənin bu tələbə hörmət göstərməsi lazım olduğunu söyləyib. 

Ərəb ölkələrinin nümayəndələri isə öz növbəsində kürd xalqının illərdir apardığı mübarizəsinə və istəklərinə qarşı hörmət göstərdiklərini dilə gətiriblər. 

Görüşdə həmçinin regional problemlər də müzakirə olunub və ərəb ölkələri nümayəndələri Kürdüstanın qanuni tələblərinin sonuna qədər arxasında olduqlarını dilə gətiriblər.

Maraqlıdır ki, Kürdüstanın müstəqillik üçün referendum keçirilməsi faktiki olaraq İraqın parçalanması deməkdir. Nəzərə alsaq ki, İraq ərəb dövlətidir, belə olan halda Ərəb dövlətlərinin nəyə görə İraqın parçalanmasını istədikləri başadüşülən deyil. Deməli, yenə burada məsələ həmin dövlətlərin ixtiyarlarının və söz haqlarının özündə olmamalarına gəlib çıxır. Yəni illərdir qurduqları rejimləri himayə edən ABŞ indi ərəb dövləti olan İraqın parçalanmasını və yeni kürd dövlətinin yaranmasını istəyirsə, buna onlar da razıdırlar.

Qeyd etmək yerinə düşərdi ki, kürdlər təkcə İraq ərazisində yaşadıqları ərazilərdə müstəqil dövlət qurmaq fikrində deyillər. Onlar qurmaq istədikləri dövlətin sərhədləri daxilinə Türkiyənin cənubunda böyük bir hissəni, İraq və Suriyanın şimalını, İranın isə qərb bölgələrini daxil ediblər. Bəzi mənbələrdə Naxçıvanın bir hissəsinin də həmin xəritədə olduğu görünür.

Məqalədə : Məsud Bərzani 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru