Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

04 İyul

2017
12:12
2402
Avtomobil üçün VİDEOREQİSTR necə olmalıdır - ARAŞDIRMA

Videoreqistr – sürücünün ən vacib elektron köməkçilərindəndir. Avtomobilin kamera görüntüləri yol-nəqliyyat hadisəsi, qanun pozuntuları, yaxud da ədalətsiz cərimə hallarında  istənilən mübahisədə məhkəmə üçün əsaslı dəlil ola bilər. Bəs avtmobilinizə bu vacib elementi seçmək üçün nələrə diqqət etməlisiniz? FaktXeber.com olaraq bu gün bu barədə məlumat verəcəyik.

  • Avtomobillərin nömrəsini görə bilməniz üçün çəkilişin keyfiyyəti kifayət qədər yüksək olmalıdır. Kamera seçərkən videogenişlənməsinin azı 1280x720 nöqtə olmasına diqqət edin. Digər vacib faktor çəkiliş sürətidir: Hərəkətdə olan qəliyyat vasitələrini çəkəcəyi üçün saniyədə azı 30 kadr olmalıdır.
  • Videoreqistrin  ekranı - vacib olmasa da çox əhəmiyyətlidir. Belə olarsa, kadra hadisə yerində baxa bilərsiniz. Bundan əlavə ekranın köməyi ilə kameranın vəziyyətini daha rahat ayarlamaq olar.

  • Baxış bucağı azı 150 dərəcə olmalıdır. Əks təqdirdə  kameranın  baxış bucağına  yolun yan sahələri düşməz. Bu isə ötmə, yaxud zolaq dəyişmə kimi kimi əməliyyatlarda əhəmiyyətli ola bilər.
  • Bərkitmə  - nəinki  registri öz yerində möhkəm oturtmalı, həmçinin vibrasiyanı da udmalıdır. Bərkitmənin ən yayılmış növü şüşəyə yapışdırmadır. Digər növ bərkitmə arxa görünüş güzgüsünün arxa tərəfinə yapışdırmaqdır. Bu daha etibarlı yoldur və görünüş sahəsinə qətiyyən mane olmur. Lakin belə bərkitmə növlü kameralar daha bahalı olur.

  • Öz akkumlyatoru ilə qurğunun çəkilişə nə qədər davam edəcəyi və  şarj zamanı  kameranın öz işini görüb-görməyəcəyini satıcıdan mütləq maraqlanın.
  • Daha bir mühüm məqam isə – çəkilişin  dayanmadan getməsidir. Yaddaş  kartı tamamən dolandan sonra  videregistr  köhnə fayylların üzərinə təzələrini yazır. Ən vacib məqam çəkilişin dayanmadan getməsidir. Belə ki, ucuz modellərin bəzilərində  fayllar arasında bir neçə saniyə itir. «Probellər» həmçinin böyük həcmli videoların, məsələn HD videoların saxlanılması zamanı da baş verə bilər. Bu səbəbdən nə qədər böyük həcmli yaddaş olarsa, o qədər yaxşıdır. Belə ki, 32 gb-lıq yaddaş kartına 5 saatlıq keyfiyyətli  video yerləşir.

Sadalanan parametrlər nə qədər yüksək olarsa, videoregistr o qədər baha olacaq. Bununla belə, avtomobiliniz üçün kamera alarkən qənaət eləməyin: daha keyfiyyətli  modellərə üstünlük verin. Çünki yol hərəkət hadisəsi, yaxud hər hansı qanun pozuntusunda öz təqsirsizliyinizi sübut eldə bilməsəniz daha çox itirə bilərsiniz. 

Məqalədə : araşdırma 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-12-2017 13:01

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru