Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

03 İyul

2017
15:09
3266
Yeni transferləri “Qarabağ”a Bakıda qoşulacaq

Azərbaycanı Çempionlar Liqasında təmsil edəcək “Qarabağ” Avstriyadakı təlim-məşq toplanışını başa vurub. Ölkə çempionu bu gün vətənə qayıdacaq.

“Qarabağ”ı paytaxtımıza gətirəcək təyyarə axşam saatlarında Bakıya enəcək. Komanda Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində Gürcüstan təmsilçisi “Samtredia” ilə keçirəcəyi oyunların son hazırlığını ölkə daxilində keçəcək.

“Transfer bazarı”nda heç də fəallıq göstərməyən “köhlən atlar” iki əcnəbi futbolçu transfer etməyi planlaşdırır. Hələlik yalnız Abbas Hüseynov və Anton Kanibolotskini heyətinə qatan “Qarabağ” müdafiə və hücum xəttini gücləndirəcək.

Alınacaq oyunçuların kimliyi də artıq bəllidi. Baş məşqçi Qurban Qurbanovun tələbindən sonra müdafiəçi axtarışına çıxan ağdamlılar Polşa millisinin və “Legiya”nın üzvü Yakub Rzejniçakla anlaşıb. 31 yaşlı mərkəz müdafiəçisi yaxın günlərdə ölkəmizə gələrək yeni komandası ilə münasibətləri rəsmiləşdirəcək.

Hücum xətti üçün bir neçə variantı nəzərdən keçirən Qurban Qurbanov böyük ehtimalla “Gənclərbirliyi”nin qolçusu Tokelo Rantie ilə danışıqları rəsmiləşdirəcək. Cənubi Afrika yığmasının üzvü ilə danışıqlar müsbət məcrada davam edir. Rzejniçak kimi, 27 yaşlı forvard da böyük ehtimalla bu həftə ölkəmizə səfər edəcək.

Qeyd edək ki, “Qarabağ” “Samtredia” ilk oyununu iyulun 11-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçirəcək./apasport

Məqalədə : Qarabağ klubu 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ramazan ayının bəzəyi: HİL

19

May
18:15
RAMAZAN AYI
45

Sabahın hava proqnozu açıqlanıb

19

May
12:52
ÖLKƏ
88
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-05-2019 18:27



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru