Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

03 İyul

2017
13:55
2416
Akif Nağı başının yarısı plastmasdan olan Qarabağ əlili ilə bağlı müraciət etdi

Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı ailəsini dolandırmaq üçün çörək pulu tapa bilməyən II qrup Qarabağ müharibəsi əlili Məzahir Əhmədovla bağlı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya, həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümova müraciət edib. 

QAT mətbuat xidmətindən FaktXəbər-ə daxil olan müraciətdə deyilir:

“Laçın rayonundan məcburi köçkün, II qrup Qarabağ müharibəsi əlili Əhmədov Məzahir Saybalı oğlunun şikayəti əsasında Sizə müraciət edirik. O, hazırda Abşeron rayonu, Mehdiabad gənclər şəhərciyi, bina 9, mənzil 57 ünvanında məskunlaşıb. (telefon. 050 670 04 73). Məzahir Əhmədov 1992-1995-ci illərdə Qarabağ müharibəsində hərbi əməliyyatlarda iştirak edib, Laçın, Kəlbəcər, Füzuli istiqamətlərində vuruşub, başından ağır yaralanıb, başının bir hissəsində sümük əvəzinə plastmas qoyulub. O, hazırda əmək qabiliyyətinə malikdir, ali təhsilli jurnalistdir, əmək fəaliyyəti ilə məşğul ola bilər. Dörd nəfər ailə üzvü, o cümlədən 2 azyaşlı uşaq, 80 yaşlı atası onun himayəsindədirlər. Aldığı 250 manatlıq təqaüdlə heç cür dolana bilmir, əlavə gəlir mənbəyi yoxdur. O, dəfələrlə müxtəlif instansiyalara müraciət edib, lakin onu ixtisasına və səhhətinə uyğun işlə təmin etməyiblər. O, aldığı yaralarla bağlı fiziki işlə məşğul ola bilmir, lakin istənilən oturaq işdə çalışa bilər. Xahiş edirik ki, Qarabağ əlili və məcburi köçkünün uyğun işlə təmin olunması üçün göstəriş verəsiniz. 

Müraciətimizə diqqətlə yanaşacağımıza inanır və əvvəlcədən təşəkkür edirik.”

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ölkədə yumurta istehsalı artırılacaq

22

May
22:39
İQTİSADİYYAT
612

Onlar ali məktəbə imtahansız qəbul olunacaq

22

May
15:30
ELM / TƏHSİL
1163
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-05-2019 23:26



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru