Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

28 İyun

2017
15:53
Sumqayıt məhkəməsi narkotik dövriyəsi ilə məşğul olan şəxsi azadlığa buraxıb

Sumqayıt Apellyasiya Məhkəməsində narkotik vasitələrin dövriyyəsində təqsirləndirilən Abdul Manafovun barəsində çıxarılan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Hakim Mübariz Zeynalovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, A.Manafovun apellyasiya şikayəti təmin edilib, birinci instansiya məhkəməsinin çıxardığı hökm ləğv edilib. Məhkəmə onun barəsində bəraət verib. A.Manafov məhkəmə zalından azadlığa buraxılıb.

İttiham aktına əsasən, A.Manafov satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri külli miqdarda əldə edib, daşımış və özündə saxlayıb. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 1235,0 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı və 1005,0 qram çəkidə narkotik vasitə olan tiryəki əldə edib saxlayıb, 23 fevral 2014-cü il tarixdə saat 00:20 radələrində Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən Şərq bazarı yaxınlığında sol əlində olan idman çantasında daşıyarkən, Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. A.Manafovun üzərinə keçirilmiş baxış zamanı sol əlində saxladığı idman çantasının içərisindən bir ədəd şəffaf sellefona bükülmüş halda olan 1005,0 qram çəkidə narkotik vasitə olan tiryək və bir ədəd qara rəngli sellefon torbada olan 1235,0 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.

O, Cinayət Mcəlləsinin 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunub.

2014-cü ilin iyul ayının 16-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Sumqayıt Apellyasiya Məhkəməsinin 01 may 2015-ci il tarixli qərarı ilə birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən, apellyasiya şikayəti təmin edilmədən saxlanılıb. Daha sonra o, kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib. Ali Məhkəmə kassasiya şikayətini qismən təmin edərək, Sumqayıt Apellyasiya Məhkəməsinin qərarını ləğv edib, cinayət işini yeni apellyasiya baxışına qaytarıb.(report)

Məqalədə : Sumqayıt məhkəməsi  
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Maduro İrana gedir

18

Oktyabr
14:22
DÜNYA
273

Sabah dağlıq ərazilərə qar yağacaq

18

Oktyabr
12:46
ÖLKƏ
288

Bərdədə sabiq bələdiyyə sədri həbs edilib

18

Oktyabr
11:00
HÜQUQ,HADİSƏ
461

Neftin qiyməti artıb

18

Oktyabr
09:56
İQTİSADİYYAT
376

AMB-nin valyuta məzənnələri

18

Oktyabr
09:30
İQTİSADİYYAT
338
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-10-2021 07:33





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru