Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

08 İyun

2017
09:50
Azərbaycanda balıq ovlamaq üçün - Yeni qaydalar

Azərbaycanda balıq ovu ilə bağlı qaydalar müəyyən olunub. Baş nazir Artur Rasizadə “Balıq və digər su bioresursları ovunun Qaydaları”nı təsdiq edib.  Qaydalarda bu balıqların nə zaman, hansı üzulla ovlanmasına icazə verilməsi haqda tələblər öz əksini tapıb. Həmçinin balıq ovlamaq üçün kvota, icazə sənədlərinin siyahısı, həvəskar və idman balıq ovu üçün şərtlər də sənəddə qeyd olunub. 

 Aşağıda göstərilən müddətlərdə və yerlərdə balıq və digər su bioresurslarının sənaye ovuna icazə verilir:

Balıqçılıq və su obyektləri

Ov alətləri

Ova icazə verilən müddətlər

1

2

3

Xəzər dənizində (gölündə)

Axçalı və siyənək balıqlarının ovu

dayanan diktorbalı torlar və tələ quruluşlu digər ov alətləri

yanvarın 1-dən mayın 1-nə kimi  və sentyabrın 1-dən dekabrın 31-nə kimi

Meliorativ kollektorların mənsəbində və məcrasında

bu Qaydalarla müəyyən edilmiş və istifadəsi mümkün olan bütün ov alətləri

il boyu

Gəmilərlə kilkə ovu

 konus tor və nasoslar

yanvarın 1-dən mayın 1-nə kimi  və iyunun 1-dən dekabrın 31-nə kimi

1

2

3

Siyənək  və axçalı balıqların ovu

 siyənək torları

 fevralın 1-dən mayın 1-nə kimi

Sahil kilkəsinin ovu

dayanan diktorbalı torlar

yanvarın 1-dən aprelin 1-nə kimi və sentyabrın 15-dən dekabrın 31-nə kimi

Kefal və digər axçalı balıqların ovu

cibli kefal torları

yanvarın 1-dən mayın 1-nə kimi  və sentyabrın 1-dən dekabrın 31-nə kimi

H.Z.Tağıyev adına qəsəbədən Rusiya Federasiyasının sərhəd-lərinə qədər olan sahil-boyu ərazilərdə siyənək və axçalı balıqların ovu

atılan dəniz diktorbalı toru

martın 1-dən aprelin 15-nə kimi

Xərçəng və krevet ovu

xərçəngtoplayan

mayın 1-dən noyabrın 1-nə kimi

Kür çayında

Nərə cinsli, axçalı və qızıl balıqların ovu

atılan diktorbalı torlar və üzən çay torları ilə

yanvarın 1-dən aprelin 1-nə kimi və sentyabrın 1-dən dekabrın 31-nə kimi

Kür çayının əlavə sularında axçalı balıqların ovu

 üzən çay torları ilə

yanvarın 1-dən martın 1-nə kimi  və sentyabrın 1-dən dekabrın 31-nə kimi

Göllərdə

Candargöl və Sarısu göllər sisteminə daxil olan su obyektlərində axçalı balıqların ovu

göl venterləri və axçalı balıq torları

yanvarın 1-dən aprelin 1-nə kimi və sentyabrın 1-dən dekabrın 31-nə kimi

Su anbarlarında

Mingəçevir, Şəmkir, Araz, Ağstafa və Varvara su anbarlarında axçalı balıqların ovu

göl venterləri və axçalı balıq torları

yanvarın 1-dən aprelin 1-nə kimi və sentyabrın 1-dən dekabrın 31-nə kimi

Mingəçevir, Araz və Varvara

su anbarlarında xərçəng ovu

ixtisaslaşdırılmış ov alətləri

mayın 1-dən noyabrın 1-nə kimi

Balıq ovu ilə bağlı təsdiq olunmuş qaydalarla tam şəkildə BURADAN tanış ola bilərsiniz.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : balıq ovu 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-11-2018 16:05



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com