Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

07 İyun

2017
10:24
728
Restoranlarda REYDLƏR keçirildi - 8 vəhşi heyvan müsadirə olundu

Bu gün Azərbaycanda fəaliyyət göstərən bəzi restoranlar, istirahət mərkəzlərində müxtəlif növ quş və yırtıcı heyvana rast gəlmək olar. Ölkənin bəzi yüksək ranqlı məmurlarının vəhşi heyvanlara marağının olması da heç kəsə sirr deyil. Sabiq nazir Ziya Məmmədovun oğlu Anar Məmmədovun restoranlardan birində ayı ətindən kabab bişirtdirməsindən sonra restoran şəbəkələrinin vəhşi heyvanlara marağı daha da artdı.

Elə bu səbəbdən də Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ESTN) belə halların aradan qaldırılması üçün mütəmadi olaraq reydləri artırdı. 

Amma keçirilən reydlərə, görülən tədbirlərə baxmayaraq, bəzi restoranlar həyətlərində quraşdrdığı qəfəslərdə vəhşi heyvan və quş növləri saxlamağa davam edirlər. Məsələn, Hacıqabul rayonu Pirsaat qəsəbəsində Bakıya gələn yolun kənarında yerləşən “Fədək” istirahət mərkəzinin həyətində hər növ quş və vəhşi heyvan növünə rast gəlmək mümkündür. Bəs orada heyvan və quşların saxlanılması qanuna müvafiq həyata keçirilirmi?

ESTN-nin Ətraf Mühitin Mühafizəsi Departamentinin sektor müdiri Raqub Mirzəyevin məsələ ilə bağlı Modern.az-a verdiyi məlumata görə, nazirliyin hər rayonda monitorinq qrupları var:

“Monitorinqlər mütəmadi olaraq həyata keçirilir. Aprel ayının əvvəlində keçirilən reydlər zamanı Ağstafa rayonu "Yaşıl Göl” istirahət mərkəzində 1 qonur ayının, Xaçmaz rayonu "Çənlibel” istirahət mərkəzində 2 dağıstan turunun və Füzuli rayonu "Qarabağ” istirahət mərkəzində 2 qonur ayının və 3 ceyranın qanunsuz olaraq təbiətdən götürülərək qeyri - sərbəst şəraitdə qəfəslərdə saxlanıldığı aşkar edilib.

Faktlar üzrə sözügedən istirahət mərkəzlərinin sahibləri barəsində prokollar tərtib edilərək hər biri inzibati qaydada 500 manat cərimə edilib. "Yaşıl Göl” və "Çənlibel” istirahət mərkəzlərindəki heyvanlar götürülərək Altıağac Milli Parkının nəzdindəki Vəhşi Təbiətin Bərpası və Reabilitasiyası Mərkəzinə təhvil verilib. Heyvanlar reabilitasiya müddətindən sonra vəhşi təbiətə qaytarılacaq”.

R.Mirzəyev deyib ki, “Fədək” İstirahət Zonasının həyətindəki heyvanlarla bağlı müvafiq araşdırma aparılıb:

“Məlum olub ki, onların hamısı xaricdən qanunamüvafiq gətirilən quş və heyvanlardır. Onların hər biri gömrük məntəqəsindən keçib və sənədləşdirilib. Zonada Azərbaycan təbiətindən qanunsuz götürülən quş və heyvan yoxdur”.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-12-2017 11:00

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru