Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

03 İyun

2017
21:37
Messencerlərlə zəng zamanı yaranan problemin rəsmi səbəbi açıqlanıb

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi internet şəbəkəsi üzərindən təşkil olunan telekommunikasiya xidmətlərində bəzi problemlərin olmasına münasibət bildirib.

Qurumdan daxil olan açıqlamada bildirilir: "Ölkəmizdə uğurla keçirilən IV İslam Həmrəyliyi Oyunlarının təhlükəsizlik tədbirlərinin tərkib hissəsi olaraq Azərbaycan ərazisində müvəqqəti olaraq internet şəbəkəsi üzərindən təşkil olunan telekommunikasiya xidmətlərinə ("Skype", "Viber", "WhatsApp" və s.) məhdudiyyətlərin tətbiqi səsli və görüntülü onlayn kommunikasiya proqramlarının istifadəsində müəyyən çətinliklər yaradıb. Həmin dövrdə bir çox profilaktik tədbirlərin sırasında şəbəkənin sazlanması işləri də həyata keçirilib. Hazırda texniki yeniləmə işləri başa çatıb və vətəndaşlar bu kommunikasiya proqramlarından yerli və beynəlxalq əlaqələr üçün istifadə edə bilərlər". (APA)

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : messencer 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-10-2018 04:52



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com