Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

23 May

2017
14:51
1686
Bəhreyndə İslam aliminin evinə İordaniya polisləri basqın edib - FOTO

FaktXəbər-in verdiyi məlumata görə, Bəhreyndə şiə müsəlmanların lideri və ölkənin tanınmış din xadimi Şeyx İsa Qasimin evinə silahlı basqın olub. Bu barədə "Əl-Aləm" telekanalı məlumat yayıb. Məlumata görə, Bəhreynin nüfuzlu din xadiminin evinə hücumu İordaniyadan gətirilmiş muzdlu polislər təşkil edib.

Qeyd edək ki, Şeyx İsa Qasimin evi paytaxt Manama şəhərinin Əd-Dərraz məntəqəsində yerləşir. Həmin əraziyə əvvəlcə zirehli maşınlarla hücum edən silahlılar öz istəklərinə nail ola bilməyincə, təcili tibbi maşınlarından istifadə edərək nüfuzlu alimin evinə yaxınlaşıblar.

Hadisə zamanı iki nəfərin həyatını itirdi, onlarla şəxsin yaralandığı bildirilir.

Qeyri-rəsmi məlumatlar görə, Şeyx İsa Qasimin evinə daxil olmağı bacaran muzdlu polislər onu həbs edib.

Məqalədə : Bəhreyn 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-06-2018 06:25



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com