Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

17 May

2017
15:15
3656
Azərbaycan millisindən imtina edən atlet Bakıda 2 qızıl medal qazandı

Mayın 16-da Bakı Olimpiya Stadionunda IV İslam Həmrəyliyi Oyunlarının atletika yarışlarına start verilib. FaktXəbər baku.ws-ə istinadən xəbər verir ki, Türkiyəni təmsil edən azərbaycanlı atlet Ramil Quliyev 100 metr məsafəyə qaçışda rəqiblərini qabaqlayaraq finiş xəttini birinci keçib.

Azərbaycan əsilli idmançı qızıl medal qazanıb. Atlet iştirak etdiyi 200 metr məsafəyə qaçışda da yarışda finiş xəttinə birinci çatıb. O, 100 m məsafəni 10,30, 200 m məsafəni isə 20,98 saniyəyə qət edib və qızıl medalların sahibi olub.

Azərbaycanı təmsil edən atletlərdən Kamran Əsgərov 6-cı (11,04 san.), Ramiz Məlikov isə 7-ci (11,26 san.) yeri tutub.

Qeyd edək ki, atlet Ramil Quliyev 2011-ci ildə Azərbaycanda yaşadığı problemlər səbəbi ilə Vətənindən incik ayrılmışdı. 2012-ci il London Olimpiadasında Türkiyə adına yarışmaq üçün icazə ala bilməyən Ramil Azərbaycan Atletika Federasiyası ilə atasına görə probleminin olduğunu qeyd etmişdi: “Onlar mənə heç dəstək olmadılar. Atamı itirmək mənim üçün son nöqtə oldu. Anladım ki orada heç bir şey dəyişməyəcək. Buna görə də Türkiyəyə gəldim”, - deyə atlet vurğulayıb.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Əli Kərimli həbs olundu - VİDEO

19

Oktyabr
18:54
ÖLKƏ
1155

Sabah 26 dərəcəyə qədər isti olacaq

19

Oktyabr
13:17
ÖLKƏ
71

Azərbaycan neftinin qiyməti bahalaşıb

19

Oktyabr
12:03
İQTİSADİYYAT
94

ƏRBƏİN - Aşuranın 40-cı günü

18

Oktyabr
16:27
MƏNƏVİYYAT
321

Eyyyy... Növbədə nə var? - ANALİZ

18

Oktyabr
15:39
ANALİZ
358
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-10-2019 06:16



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru