Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 May

2017
12:06
Bugünkü hərracın nəticələri açıqlanıb

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən bu gün növbəti hərrac keçirilib. Komitədən verilən məlumata görə, hərracda özəlləşdirilən əmlaklardan 2-si səhmdar cəmiyyəti, 8-i kiçik dövlət müəssisəsi, 6-ı istifadəsiz qeyri yaşayış sahəsidir. Bakı şəhəri üzrə 3 kiçik dövlət müəssisəsi, 3 istifadəsiz qeyri yaşayış sahəsi, respublikanın digər şəhər və rayonları üzrə 5 kiçik dövlət müəssisəsi və 3 istifadəsiz qeyri yaşayış sahəsi hərrac zamanı özəlləşdirilib.

Budəfəki hərracda ən yüksək qiymətə özəlləşdirilən əmlak Bakının Nizami rayonunda yerləşən Təsərrüfat hesablı Təmir-Tikinti sahəsi olub. Adıçəkilən əmlak 1 milyon 355 min 500 manata özəlləşdirilib. Əmlakın torpaq sahəsi 7869 kv.m, ümumi faydalı sahəsi isə 958 kv.m təşkil edir. Bundan başqa paytaxtın Sabunçu rayonunda yerləşən Maşın Meliorasiya Stansiyasıda qiyməti ilə digərlərindən fərqlənir. Həmin əmlakın qiymət 375 min manatdır. Ümumi faydalı sahəsi 566, topaq sahəsi isə 22 min 239 kv.m təşkil edir.

Özəlləşdirilən kiçik dövlət müəssisələrindən 3-ü paytaxtın Sabunçu, Nizami, Səbail rayonlarında, 1-i Şəki, 1-i Biləsuvar, 1-i Neftçala, 1-i Hacıqabulda digər isə Abşeronda yerləşir. Hərracda özəlləşdirilmiş istifadəsiz qeyri-yaşayış sahələrindən 4-ü paytaxtın Nərimanov və Yasamal rayonlarında, 2-si isə Gəncə şəhərində yerləşir. İstifadəsiz qeyri-yaşayış sahələrindən ən yüksək qiymətə özəlləşdirilən əmlak 20 min 700 manat olub. Ümumili faydalı sahəsi isə 53 kv.m təşkil edib. Ən ucuz qiymətə özəlləşdiriolən əmlak isə 7 min manat olub. Ümumi faydalı sahəsi isə 66.4 kv.m təşkil edib. Budəfəki hərrac da özəlləşdirilən belə əmlakların ümumi faydalı sahəsi 10 kv.m ilə 66 kv.m, qiymətləri isə 5 min 500 manatla 20 min 700 manat arasında dəyişib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Atəşkəs 24 dəfə pozulub

07

Dekabr
11:20
HƏRB
140

Bu gün MSK-nın iclası keçiriləcək

07

Dekabr
11:07
SİYASƏT
165

Həzrət Məsumənin (s.ə) vəfat günüdür

07

Dekabr
11:05
MƏNƏVİYYAT
180

Milli Məclisin deputatı vəfat edib

07

Dekabr
08:39
ÖLKƏ
325

Dekabrın 9-na manatın məzənnəsi

06

Dekabr
17:24
İQTİSADİYYAT
275

Bakıda hüquqşünas döyülüb

06

Dekabr
16:23
HÜQUQ,HADİSƏ
398

"Nokia 2.3" smartfonu təqdim olunub

06

Dekabr
15:55
MARAQLIDIR
336
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


07-12-2019 11:27



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru