Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

11 May

2017
16:25
Polad Bülbüloğlu Rusiya XİN-i qarşısında məsələ qaldırıb

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasinlə görüşüb.

Rusiya XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüş səfirin xahişi ilə baş tutub.

Görüş zamanı iki ölkə arasında əməkdaşlığın aktual məsələlərinə dair müzakirələr aparılıb. 

Polad Bülbüloğlu mayın 9-da Moskva və Sankt-Peterburq şəhərlərində Qələbə günü ilə bağlı keçirilən “Ölməz alay” («Бессмертный полк») yürüşü zamanı erməni diasporunun törətdiyi təxribatı nazir müavininin diqqətinə çatdırıb.

Səfir gələcəkdə belə halların baş verməməsi üçün müvafiq tədbirlər görülməsini istəyib.

Q. Karasin məsələni diqqətdə saxlayacağını deyib.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


10-12-2018 16:56



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com