Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

08 May

2017
15:13
Azyaşlının sünnət edilərkən ölməsi faktı üzrə cinayət işi başlayıb

Masallı rayon Prokurorluğu azyaşlının sünnət edilərkən ölməsi faktı ilə bağlı məlumat yayıb.

Rayon Prokurorluğundan bildirilib ki, mayın 3-də Masallı rayon Musaküçə kənd sakini, azyaşlı Hüseynov Kənan Abutalıb oğlunun Masallı rayon mərkəzi xəstəxanasında vəfat etməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. İlkin araşdırmalarla müəyyənləşib ki, 2012-ci il təvəllüdlü Kənan Hüseynov yaşadığı evdə əvvəllər cərrah işləmiş, 2016-cı ilin aprel ayından təqaüddə olan həkim Ramiz Sadıqov tərəfindən sünnət olunarkən halı pisləşib, Mərkəzi Rayon Xəstəxanasına aparılmasına baxmayaraq orada vəfat edib.

Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. K. Hüseynovun ölümünün səbəblərinin müəyyən edilməsi məqsədi ilə məhkəmə-tibb ekspertizası təyin edilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.  

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-12-2018 07:41



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com