Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 May

2017
22:19
Azərbaycanlı gənclərdən unikal ixtira - sürücülərə kömək olacaq - VİDEO

Gecələr baş verən avtomobil qəzalarının əksəriyyətinə sürücünün sükan arxasında yatması səbəb olur.

Amma azərbaycanlı gənclərin ixtirası bu problemin qarşısının alınmasına kömək olacaq. Odur ki, onların hazırladıqları eynəyin sükan arxasında yuxulayan sürücülərə köməyi dəyəcəyini demək olar.

Gənc ixtiraçıların hazırladıqları eynək sürücünün yuxuya getməsini 3 saniyə ərzində müəyyən edir və yuxudan ayılması üçün xəbərdarlıq siqnalı verir.

Bu gənclər hazırladıqları eynəklə yəqin ki, yaxın zamanda bütün dünyada tanınacaqlar.

Onlar belə bir eynəyi düzəltməyə dostlarının ailəsində baş verən hadisədən sonra qərar veriblər.

Eynək göz qapaqlarının yumulmasının yatmaq və ya göz qırpması olduğunu ən gec 3 saniyədə təyin edir. Bundan sonra məlumatı blutuz vasitəsi ilə mobil telefondakı proqrama göndərir və telefon siqnal verərək sürücünü ayıldır.

Gənclər Azərbaycan Texniki Universitetinin SABAH qrupunun tələbələridir. (Xezerxeber.az)

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : azərbaycanlı gənc ixtira 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-12-2018 07:17



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com