Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

05 May

2017
15:57
2299
Çoxları Google-da axtarışın bu qızıl qaydalarından məlumatsızdır

Dünyanın müxtəlif ölkələrinin sakinləri üçün internet həyatın ayrılmaz hissəsidir. Google ümumdünya sosial şəbəkəsi sayəsində isə biz saniyələr ərzində istədityimiz informasiyanı əldə edə bilirik. Qeyd edək ki, hazırda uşaqlar da axtarışı çox asan həyata keçirirlər. Lakin dəyərli vaxtımıza qənaət etmək üçün düzgün axtarışın bir neçə qızıl qaydası var, hansı ki, çoxlarımız ondan istifadə etmirik.

FaktXeber.com olaraq bu qaydalardan bəzilərini sizlərə təqdim edirik:

1. Dəqiq sözü və ya söz birləşməsini tapmaq.

Dırnaq işarəsindən (““) istifadə etməli. Söz və ya söz birləşməsini dırnağ işarəsinin içində yazın və Google məhz bu cür ifadələr olan veb-səhifələri tapır. Məsələn,  “Mən sizə yazıram"

2. Sözünü unutduğunuz sitatı tapmaq

Sitatda bir sözü unudubsunuz? Bütün sitatı dırnaq işarəsinin içində yazın, yaddan çıxan sözün yerinə isə ulduz (*) işarəsini qoyun. Sitat tam şəkildə tapılacaq. Məsələn, "Dünyada deyilmiş və yaradılmış cümlələrin içində ən kədərli cümlə * cümləsidir."

3. Bir neçə sözdən hər hansı birinin tapılması

Sadəcə bütün uyğun variantların arasına "|" işarəsini qoyun. Məsələn, torpaq sahələri (sulutəpə|biləcəri| xırdalan)

4. Bir cümlənin daxilində bir neçə sözü tapmaq.

Bunun üçün gözəl səslənən "ampersand" operatorundan (&) istifadə etmək lazımdır. Əgər sözləri ampersandla birləşdirsəniz, Google bir cümlənin içində bu ifadələri tapacaq. Məsələn, WhatsApp & mətn ismarıcları & dinləmək

5. Müəyyən ifadələr olan sənədi tapmaq

Vacib sözün qarşısına üstəgəl işarəsi (+) qoyun və onu sözdən probellə ayırMAYIN. Sorğuya bir neçə vacib söz əlavə etmək olar. Məsələn, Şuşa +Ağzıyastı kaha

6. Hər hansı bir sözü axtarışdan çıxarmaq.

Cavablarda görmək istəmədiyiniz sözün qarşısına mənfi işarəsini ("-") qoyun. Hətta bir neçə sözü də axtarışdan çıxarmaq olar. Məsələn, "Övladınızı təhlükələrdən qoruyacaq -konfet" 

7. Müəyyən saytdan axtarmaq

Bunun üçün site operatoru uyğundur. O, sorğudakı sözün məhz istədiyiniz saytda axtarmağa imkan verir. Ancaq site-dən sonra ikinöqtə (:) qoymağı unutmayın. Məsələn,  “Dünyada baş verən soyqırımlar site:faktxeber.com, yaxud Onlar bəşəriyyəti nə hala salacaqlarını göstərdilər site: faktxeber.com

8.Saytlarda müəyyən dildə axtarış etmək.

Lang. Operatorunun köməyi ilə. Lang. ifadəsindən sonra iki nöqtə qoymaq və sənəd üçün istədiyiniz dili seçə bilərsiniz. Əgər rus dilində lazımdırsa ru, ukrayna dilində – ua, belorus dilində – be, ingilis dilində et, fransız dilində isə – fr yazılır. 

Məqalədə : Google axtarış 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru