Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

05 May

2017
13:47
Baş Dövlət Yol Polisi İdarəsi İslamiada ilə əlaqədar müraciət edib

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) paytaxtın mərkəzi hissələrində yerləşən idarə, müəssisə, təşkilat rəhbərlərinə, habelə bu ərazilərdə müxtəlif sahələr üzrə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərə müraciət edib.

BDYPİ-dən FaktXəbər-ə verilən məlumata görə, müraciətdə bildirilir ki, Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar şəhərin bəzi küçə və yollarında sarı xətlərlə xüsusi “Oyun zolaqları” çəkilib ki, həmin zolaqlarla may ayının 5-dən 25-dək operativ və oyunlara cəlb edilmiş avtomobillər istisna olmaqla digər nəqliyyat vasitələrinin hərəkəti qadağan olunub.

"Bununla əlaqədar Bakı şəhərində nəqliyyat vasitələrinin rahat və fasiləsiz hərəkətinin təmin olunması məqsədi ilə Baş DYP İdarəsi paytaxtın mərkəzi hissəsində yerləşən idarə, müəssisə, təşkilat rəhbərlərindən, habelə həmin ərazilərdə müxtəlif sahələr üzrə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərdən xahiş edir ki, tədbirin keçiriləcəyi ərəfədə özlərinə və işçilərinə məxsus nəqliyyat vasitələrinin yalnız yolların hərəkət hissələrindən kənarında yerləşən duracaqlarda saxlanılmasını təmin etsinlər. İş yerlərinin yaxınlığında belə duracaqları olmayan şəxslərə isə bu günlərdə ictimai nəqliyyatdan istifadəyə daha çox üstünlük vermələri  tövsiyə olunur.

Sürücülərin diqqətinə çatdırırıq ki, dayanma-durmanın qadağan edildiyi, eləcə də yol kənarlarında parklanmaqla digər nəqliyyat vasitələrinin rahat və fasiləsiz hərəkətinə maneə yaradan avtomobillər evakuatorlar vasitəsilə təxliyyə olunacaq, sürücüləri isə inzibati məsuliyyətə cəlb ediləcəklər.

Baş DYP İdarəsi paytaxtımızda keçirilən IV İslam Həmrəyliyi Oyunları zamanı bütün hərəkət iştirakçılarını yol qaydalarına ciddi riayət etməyə və yollarda həmrəy olmağa dəvət edir", - deyə müraciətdə vurğulanır.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


14-11-2018 02:31



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com