Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

04 May

2017
14:08
6066
Bakıda 24 yaşlı qızı “Porshe” ilə vurub öldürən sürücü saxlanıldı - FOTO
Oğlu "Porsche" ilə adam öldürən iş adamı danşdı: "14 yaşlı uşağı həbs edərlər?"

Dünən saat 16:00 radələrində "Porsche Cayenne Magnum” markalı, 99 BS 999 dövlət nömrə nişanlı avtomobillə 24 yaşlı Xəyalə Məmmədovanın vurularaq öldürülməsi barədə xəbər vermişdik.

Məlum olub ki, hadisəni törədərək qaçan şəxs iş adamı Füzuli Fərəcovun oğlu Ağəli Fərəcovdur. F.Fərəcov hadisə ilə bağlı Unikal.org-a danışıb. O, bildirib ki, hazırda araşdırma aparılır:

"Mənim oğlumun 14 yaşı var. Törətdiyi hadisə ilə bağlı cinayət işi açılıb, məsuliyyətə cəlb olunub və hazırda araşdırma aparılır. Qanun nəyi tələb edirsə, o da olacaq”.

Oğlunun həbs olunmasına gəlincə iş adamı bildirib ki, "14 yaşlı uşağı həbs edərlər? Bu nədi, yazırsınız?...”-deyə qeyd edib.

"Bəs, 14 yaşlı uşağa avtomobili necə etibar etmisiniz?”- Sualına isə iş adamı cavab vermədən telefonu söndürüb.

*****

Bakıda dövlət nömrə nişanı 99 BS 999 olan “Porshe Magnum” markalı ciplə 24 yaşlı gənc qızın vurularaq öldürülməsinə dair yeni təfərrüatlar məlum olub.

FaktXəbər-in "Virtualaz"a istinadən verdiyi məlumata görə, hadisəni törədən sürücü Ağaəli Fərəcov Bakıda tanınmış iş adamının oğludur. O, hadisəni Bakıxanıv qəsəbəsindən metronun “Neftçilər” stansiyası istiqamətində gedən yolda avtomobili yüksək sürətlə idarə edərkən törədib və hadisə yerindən qaçıb. Lakin hüquq-mühafizə orqanları kamera görüntülərinə əsasən piyada Xəyalə Məmmədovanı vuran avtomobili qısa zamanda müəyyən ediblər və sürücünü saxlayıblar.

Məlum olub ki, hadisəni törədən sürücü Bakıda restoran biznesi ilə məşğul olan iş adamı Füzuli Fərəcovun oğludur. Və 99 BS 999 nömrə nişanlı “Porshe” Bakının “bərk gedən avtomobilləri” arasında məşhurdur və avtomobilin çoxsaylı fotolarına sosial şəbəkələrdə rast gəlmək olar. Bu ailənin “Porshe Panamera” markalı digər avtomobili də var.

Bakıdakı "MOHİTO" və "PARODİZ"restoran- klubları Fərəcovlar ailəsinə məxsusdur.

Sosial şəbəkələrdə qəza törədən Ağaəli Fərəcovun dəfələrlə avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyi və buna görə polis tərəfindən saxlandığı bildirilir.O, “Alik_999_” (nAxCı 85 99-BS-999) niki ilə qeydiyyatdan keçdiyi İnstagram səhifəsində də bu avtomobilin fotoşəkillərini paylaşıb.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

"Azərsu" ASC-nin su boruları oğurlanıb

24

Avqust
14:23
ÖLKƏ
583

Günün qarşılaşmaları TV AFİŞA

24

Avqust
14:14
İDMAN
425

Hövsanda su çatışmazlığı: sakinlər etiraz edir

24

Avqust
14:10
HÜQUQ,HADİSƏ
439

Azərbaycan nefti ucuzlaşıb

24

Avqust
11:42
İQTİSADİYYAT
488

Xəzər dənizində zəlzələ olub

24

Avqust
10:33
HÜQUQ,HADİSƏ
515

Hirkan Milli Parkındakı yanğın tam söndürüldü

24

Avqust
10:10
HÜQUQ,HADİSƏ
490

Şagird sayı 20 nəfərdən az olan 290 məktəb var

23

Avqust
16:09
ELM / TƏHSİL
1088

Azərbaycanın xarici dövlət borcu açıqlanıb

23

Avqust
14:39
İQTİSADİYYAT
884
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-08-2019 08:04



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru