Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

03 May

2017
15:39
Brexit naziri: Avropa İttifaqına 100 milyard avro ödəməyəcəyik

FaktXəbər-in verdiyi məlumata görə, Böyük Britaniyanın Brexit naziri Devid Devis bildirib ki, Birləşmiş Krallıq Avropa Birliyindən ayrılmaq müqabilində quruma 100 milyard avro ödəməyəcək. Bu barədə "Financial Times" qəzeti məlumat yayıb.

Qeyd edək ki, Birləşmiş Krallıqda iyun ayında keçirilən Brexit səsverməsində xalq "AB-yə yox" demişdi. Baş nazir Tereza Meyin imzaladığı 6 səhifəlik sənədin martın 29-də Brüsselə çatmasından sonra İngiltərə üçün Brexit prosesi rəsmən başlayıb.

Avropa Birliyi Birləşmiş Krallığın "boşanma"sına (ölkənin qurumu tərk etməsinə) cəza kimi rəsmi Londona 100 milyard avroluq "aliment" kəsib. Görünən budur ki, Böyük Britaniya ona kəsilən 100 milyard avroluq cəzanı ödəmək niyyətində deyil.

"Heç kimə yalvaran deyilik. Müzakirələrdə qarşı tərəf şərtlərini irəli sürüb və biz də nə istəyiriksə onu ortaya qoymuşuq. 100 milyard avro ödəməyəcəyik. Bunu qaydalara uyğun şəkildə edəcəyik. Öhdəliklərimizi ciddi qəbul edirik. Bizim görməli olacağımız növbəti addımlar müzakirə edilməlidir",-deyə Brexit naziri Devid Devis vurğulayıb.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ağciyər institunda reanimatoloq yoxdur

27

Yanvar
19:00
HÜQUQ,HADİSƏ
238

Bu universitetin müəllimlərinə töhmət verildi

27

Yanvar
18:45
HÜQUQ,HADİSƏ
264

Mərkəzi Banka daha bir baş direktor təyin edildi

27

Yanvar
18:30
İQTİSADİYYAT
288

İranda zəlzələ baş verib

27

Yanvar
18:06
DÜNYA
294

Yanvarın 28-nə manatın məzənnəsi

27

Yanvar
17:50
İQTİSADİYYAT
203

Rusiya və Yaponiya arasında gərginlik

27

Yanvar
16:47
DÜNYA
297

Sabiq icra məmuru və müstəntiqlə bağlı qərar

27

Yanvar
14:55
HÜQUQ,HADİSƏ
281
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


27-01-2020 23:43



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru