Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

01 May

2017
17:03
3902
BMT: Azərbaycanda iqtisadi aktivlik sürətlənəcək, inflyasiya zəifləyəcək

BMT-nin İqtisadi-sosial komissiyası ortamüddətli dövrdə Azərbaycanda iqtisadi artımın müsbət dinamika nümayiş etdirəcəyini proqnozlaşdırır.

FaktXəbər-in "APA-Economics"ə istinadən verdiyi məlumata görə, komissiyanın hesabatında bildirilir istinadən ki, BMT 2017-ci ildə Azərbaycanda ümumi daxili məhsul istehsalının 0,2%, 2018-ci ildə isə 1,2% artacağını güman edir.

Komissiyanın ekspertləri hesab edir ki, iqtisadi artım inflyasiyanın azalması ilə müşahidə olunacaq: "Lakin 2017 və 2018-ci illər üçün müvafiq olaraq proqnozlaşdırılan 7,9% və 5,8% göstəriciləri sonuncu dəfə proqnozlaşdırılan rəqəmdən daha yüksəkdir".

Ekspertlərin proqnozuna əsasən, dünya bazarlarında neftin bahalaşması ölkənin iqtisadi vəziyyətin yaxşılaşmasına səbəb olacaq. Buna baxmayaraq, BMT-nin ekspertləri hesab edirlər ki, ölkədə fiskal gərginlik qeyri-neft sektorundakı iqtisadi aktivliyi azalda bilər. "Ümumilikdə, bazarın zəif inkişafı və makroiqtisadi siyasətin əlverişliliyinin məhdud olması iqtisadiyyatın şoklara davamlılığını azaltmaqda davam edir", - deyə hesabatda qeyd olunub.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan neftinin qiyməti 62 dollara yaxınlaşıb

17

Avqust
13:00
İQTİSADİYYAT
91

Sabah Bakıda 34 dərəcə isti olacaq

17

Avqust
11:09
ÖLKƏ
950

Dünya bazarlarında neft bahalaşıb

17

Avqust
10:12
İQTİSADİYYAT
164

Turistlərə Xınalıqla bağlı xoş xəbər

16

Avqust
14:51
İQTİSADİYYAT
318
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-08-2019 18:57



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru