AİP Məbəs bayramı münasibəti ilə xalqımızı təbrik edib

Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

25 Aprel

2017
16:04
2336
AİP Məbəs bayramı münasibəti ilə xalqımızı təbrik edib

AİP-in sədr əvəzi Hacı İlham Əliyev İslam tarixinin birinci, ən müqəddəs günü olan vəhy günəşinin doğuşu günü münasibətilə Azərbaycanın müsəlman xalqını və bütün dünya müsəlmanlarını təbrik edib. Təbrikdə deyilir:

“Bu gün hicri-qəməri tarixi ilə rəcəb ayının 27-si müsəlman dünyasının və bəşəriyyətin heç zaman unutmayacağı bir gündür. Məhz bu gündə Allah-təala İslam Peyğəmbəri Mühəmməd ibn Abdullaha (s.ə.s) ilk dəfə vəhy nazil edib və Onu peyğəmbərliyə seçib. Bu müqəddəs günü bütün dünya müsəlmanları, o cümlədən xalqımız hər il böyük şövqlə və əziz peyğəmbərimizə(s.ə.s) məhəbbətlə qeyd edir.

Vəhy günəşinin doğuşu, Məbəs bayramı günü münasibətilə ilk növbədə zəmanəmizin İmamı Həzrət Mehdi Sahib-əz-Zaman(ə.f.ş)-i, Azərbaycan xalqını və bütün dünya müsəlmanlarını səmimi qəlbdən təbrik edirəm. 

Həzrət Məhəmməd peyğəmbər 40 yaşına çatanda Allah Ona ilk dəfə ən şərəfli mələyi Cəbrayıl(ə) vasitəsilə ilk vəhy nazil etdi. Bu yaşına kimi Onun düşünmək və istirahət etmək üçün ən sevimli yeri Həra dağındakı mağara idi. Bütpərəst cəmiyyətdən uzaqlaşaraq Həzrət Mühəmməd(s) Həra dağındakı mağarada Allaha ibadət edir, sonra da Kəbəni ziyarət edərək evinə qayıdırdı. Bu zaman maddi varlıqlar-ağaclar, daşlar Onu Salam olsun sənə, ey Allahın rəsulu deyə salamlayırdılar.

Məbəs günü bayramını qeyd edən İslam dünyası bu günün fəzilətlərini heç zaman unutmamalıdır. Çünki bu gün dinimizin vəhdətə, müsəlmanların qardaşlığa çağırışı günüdür. Müqəddəs dinimizin Allah tərəfindən bəşəriyyətin xilası üçün göndərilməsini yəqin ki, hər bir bəndə bilir və ya bilməlidir. Bu baxımdan İslam düşmənlərini biz bəşəriyyətin düşməni kimi də qəbul etməliyik. İnsanlığı bəlalardan xilas etməyin yolu da məhz Allahın ipindən yapışmaqla Onun sonuncu dini İslama sığınmaqdadır.

Təəssüflər olsun ki, bir sıra ölkələrdə olduğu kimi, xalqımız da bu bayramı ümumxalq, ümumdövlət səviyyəsində keçirmək imkanı hələ də qazanmamışdır. Bəzi hallarda isə Məbəs və İslam dininin cəmiyyətimiz, onun birliyi, mənəvi inkişafı üçün çox vacib olan bu kimi bayram və bir sıra ayinlərinin geniş qeyd olunmasına maneələr törədilir, çox vaxt isə hətta qarşısı alınır. Belə bayramların, gərəkli ayinlərin, İslamda unudulmaz tarixi an və günlərin fəlsəfi mahiyyətini, cəmiyyət üçün zəruri tərbiyəvi əhəmiyyətini elmi cəhətdən açıb göstərə bilən ruhani alimlər həbs olunur. Ümid edək ki, dinimizin müqəddəs bayramlarının xalqımız tərəfindən gələcəkdə layiqli keçirilməsinə nail olacağıq.

Mən bu bayram münasibətilə xalqımızı, müsəlman qardaş və bacılarımızı ürəkdən təbrik edir, Allahdan hər kəsə gözəl bəndəçilik, evlərinə, ailələrinə ruzi-bərəkət diləyirəm! (İslaminsesi.org)

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-08-2018 22:43



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com