Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

24 Aprel

2017
14:24
2959
ABŞ müdafiə naziri Əfqanıstana qəfil səfər edib

ABŞ müdafiə naziri Ceyms Mettis Əfqanıstana gözlənilməz səfər edib. FaktXeber.com-un verdiyi məlumata görə, bu barədə Reuters xəbər yayıb.

Pentaqon rəhbəri məsul şəxslər və Amerika komandanlığının nümayəndələri ilə görüş planlaşdırıb.

Agentlik vurğulayır ki, Mettisin səfəri Əfqanıstanın müdafiə naziri Abdulla Xan Həbibi və Quru Qoşunları Qərargah rəisi Qədəm Şah Şəhinin istefası ilə üst-üstə düşüb.

Xatırladaq ki, hər iki şəxs taliblərin hərbi bazaya hücumundan sonra öz vəzifələrindən getmək qərarına gəliblər.

Aprelin 21-də əfqan hərbçilərinin formasını geyinmiş terrorçular Məzari-Şərif şəhəri yaxınlığında hərbi bazaya giriblər. İlk öncə intiharçı qapının ağzında özünü partladıb, sonra taliblər iki pikapla əraziyə daxil olublar. ABŞ Mərkəzi Komandanlığının nümayəndəsi Con Tomasın sözlərinə görə, əsas hədəf hərbçilərin və bazada işləyən mülki vətəndaşların olduğu məscid və yeməkxana imiş. Son məlumatlara görə, hücum nəticəsində 200-ə yaxın hərbçi həlak olub.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

"Azərsu" ASC-nin su boruları oğurlanıb

24

Avqust
14:23
ÖLKƏ
540

Günün qarşılaşmaları TV AFİŞA

24

Avqust
14:14
İDMAN
392

Hövsanda su çatışmazlığı: sakinlər etiraz edir

24

Avqust
14:10
HÜQUQ,HADİSƏ
413

Azərbaycan nefti ucuzlaşıb

24

Avqust
11:42
İQTİSADİYYAT
453

Xəzər dənizində zəlzələ olub

24

Avqust
10:33
HÜQUQ,HADİSƏ
484

Hirkan Milli Parkındakı yanğın tam söndürüldü

24

Avqust
10:10
HÜQUQ,HADİSƏ
460

Şagird sayı 20 nəfərdən az olan 290 məktəb var

23

Avqust
16:09
ELM / TƏHSİL
1055

Azərbaycanın xarici dövlət borcu açıqlanıb

23

Avqust
14:39
İQTİSADİYYAT
852
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-08-2019 03:12



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru