Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

21 Aprel

2017
12:24
Bakıda sürücü ilə polis arasında mübahisə: `Ə deyirəm sənədini...` - VİDEO

Bakıda sürücü ilə YPX əməkdaşı arasında mübahisə kameraya düşüb. Masazır yolunda gizli radar quraşdıran polis əməkdaşlarına yaxınlaşan sürücü etiraz edib. Polisə irad tutan sürücü gizli radar quraşdırılmasının düzgün olmadığını bildirib. Buna cavab olaraq polis sürücüdən sənədlərini təqdim etməyi tələb edib.
 
Qeyd edək ki, radarla bağlı ekspert Ərşad Hüseynov bir müddət öncə açıqlama vermişdi. Mütəxəssis hesab edir ki, radarlar istənilən yerdə hətta 100 metrdən bir də quraşdırıla bilər:
 
"Sürücü yolda radarların olmasından niyə narahat olmalıdır ki? Bəlkə heç yolda radar yoxdu. Sən qaydalara əməl et. Yanaşma bu cür olmalıdır. Bizdə radarlarla bağlı çox yanlış yanaşmalar var. Elə bilirlər ki, yola radar quraşdırıblar ki, kimisə güllələyələr. Radarları sürücülər sürət rejimini pozmasın, qəzalar baş verməsin deyə quraşdırıblar. Çünki baş verən qəzaların böyük əksəriyyəti sürücülər sürət həddini aşdığı üçün baş verir. İndi düzdü kimlərsə ondan başqa məqsəd üçün istifadə edirsə bu tamam başqa bir söhbətin mövzusudur. Konkret olaraq desək yolda radarın hansı məsafədən bir qoyulmasına dair heç bir meyar yoxdur. Bu heç kimi narahat etməməlidir. Siz qaydalara riayət edin. Harda radarın olub olmaması sizi narahat etməsin". (baku.ws)

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
7756

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
6549

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
8162

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
8034

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
11717

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
7792
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


12-07-2020 04:23





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru