Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

20 Aprel

2017
16:32
2281
Oqtay Şirəliyev rayon xəstəxanalarına əlavə səlahiyyət verdi

Bu gün Səhiyyə Nazirliyində nazir Oqtay Şirəliyevin rəhbərliyi ilə “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi və təhlil”inə həsr olunmuş Kollegiya iclası keçirilib.

Nazirliyin mətbuat xidmətindən FaktXəbər-ə verilən məlumata görə, iclasda 2015-ci ilin sentyabr ayında “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi sisteminin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı 595 saylı Fərmanından irəli gələn məsələlərin həlli istiqamətində Səhiyyə Nazirliyi tərəfindən çoxsaylı işlərin görüldüyü bildirilib.

27 noyabr 2014-çü il tarixində səhiyyə naziri Oqtay Şirəliyev tərəfindən imzalanmış 126 saylı əmrə əsasən “Tibbi sosial ekspert komissiyasına göndəriş”in yeni forması, o cümlədən “Uşaqlar uçün Tibbi sosial ekspert komissiyasına göndəriş”in forması təsdiq edilmışdır. Bundan əlavə “Tibbi sosial ekspert komissiyasına göndərişlərin elektron registri” yaradılmış, bu məqsədlə məlumat bazasının və proqram təminatının hazırlanması təmin edilmişdir. Respublikanın səhiyyə müəssisələrində “Tibbi sosial ekspert komissiyasına göndərişlərin elektron registri”nın proqram təminatının tətbiqi zamanı həmin müəssisələrə texniki dəstəyin göstərilməsi təmin edilib.

1 yanvar 2015-ci il tarixdən “Tibbi sosial ekspert komissiyasına göndəriş” və “Uşaqlar uçün Tibbi sosial ekspert komissiyasına göndəriş” yalnız müvafiq proqram modulundan çap edilməsi yolu ilə təmin edilib.

Sosial ekspertiza və reabilitasiya xidmətilərinin keyfiyyətinin yüksəldilməsi məqsədilə 09 sentyabr 2015-ci il tarixdə imzalanmış 85 saylı əmrə əsasən əlilliyin qiymətləndirilməsi üçün həkim-məsləhət və hərbi-həkim komissiyaları tərəfindən tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin vahid mərkəzləşmiş reyestri yaradılmış və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Elektron hökümət” portalı vasitəsilə bu reyestrə real vaxt rejimində çıxış təmin edilib.

Əmrin icrası ilə bağlı respublikanın şəhər və rayonlarının tibb müəssisələrində müvafiq təlimlər keçirilib. Tibbi yardımın təşkili şöbəsi və İnformatika və Statistika idarəsi tərəfindən tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin vahid mərkəzləşdirilmiş reyestrinə daxil edilmə qaydaları hazırlanaraq təsdiq edilib.

Bundan əlavə, respublikanın şəhər və rayonlarının tibb müəssisələrinin rəhbərləri tərəfindən həkim-məsləhət komissiyaları üzvləri gücləndirilmiş elektron imza ilə təmin edilmiş və tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin rəsmiləşdirildiyi gün gücləndirilmiş elektron imza ilə imzalanmış elektron sənəd formasında göndərişlərin vahid mərkəzləşmiş reyestrinə daxil olunması təmin edilib.

Səhiyyə Nazirliyi tərəfindən “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydaları” hazırlanmış və 30 mart 2016-cı ilə tarixdə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 140 saylı Qərarı ilə təsdiq edilmişdir. Eyni zamanda Səhiyyə Nazirliyinin baş mütəxəssisləri cəlb olunmaqla əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarları xəstəliklərin sonuncu beynəlxalq təsnifatına uyğun olaraq hazırlanıb Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim olunmuş və bu sənəd əsasında müvafiq Əsasnamə Nazirlər Kabinetinin 413 saylı Qərarı ilə 30 dekabr 2015-cil il tarixdə təsdiq edilib.

Əhalinin narazılığına səbəb olan problemlərin aradan qaldırılması istiqamətində də Səhiyyə Nazirliyi tərəfindən ciddi addımlar atılıb.

Əhalinin bu işdə rahatlığının təmin edilməsi, həmçinin Bakı şəhərinin klinik xəstəxanalarının stasionar şöbələrində mövcud sıxlığın aradan qaldırılması məqsədilə vətəndaşlara əlilliyin müəyyən edilməsi üçün müayinələrin Bakı şəhərinin klinikalarından əlavə Respublikanın şəhər və rayon mərkəzi xəstəxanalarında, həmçinin ambulator şəraitdə həyata keçirilməsi məqsədə uyğun hesab edilib.

Nazirlər Kabinetinin 1993-cü ildə 9 nömrəli Qərarı ilə təsdiq edilmiş sosial sığorta haqları ödəyən vətəndaşlara xəstəlik vərəqələrinin verilməsi qaydaları haqqında təlimat”ın hazırda yeni variantının hazırlanması məqsədilə işçi qrup yaradılıb.

İclasın sonunda əlilliyin təyini ilə bağlı vətəndaşlara Tibbi-sosial ekspert komissiyalarına göndərişlərin (F-088U) verilməsinin ciddi nəzarətə götürüldüyü bildirilib.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru